Borcunu ödəyənlər güzəştdən necə yararlanacaq?

13:16 01-03-2019 | icon 422 | Sosial
Borcunu ödəyənlər güzəştdən necə yararlanacaq?

 

Borcunu yeni məzənnə ilə ödəyib bağlamış vətəndaşlar dövlət büdcəsi vasitəsilə vəsaitlərini geri ala biləcəklər.


Versus.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert ilk növbədə əsas borcun qalığı üçün yuxarı həddin 10 000 dollar seçilməsinin səbəbinə aydınlıq gətirib:


“MB nümayəndəsi deyir ki, dollar krediti olan vətəndaşların 95%-i məhz bu həddə qədər olub. Bununla da aydın oldu ki, təkcə hazırkı dövrə xarici valyutada 10 000 dollaradək borc qalığı olanlar deyil, 21 fevral 2015-ci il tarixənədək də əsas kredit borcunun qalığı 10 000 dolları ötməyən məbləğdə xarici valyutada kredit götürmüş, sonradan yeni məzənnə ilə ödəyib borcunu bağlamış vətəndaşlar da dövlət büdcəsi vasitəsilə vəsaitlərini geri ala biləcəklər. Hətta borcunu ödəmiş şəxs vəfat edibsə, hüquqi varisi bu ödənişi ala biləcək”, – R.Ağayev deyib.


Ekspert devalvasiyadan sonra dollar krediti götürən və yüksək məzənnə ilə hazırkı tarixə borcunu ödəyə bilməyən şəxslərin güzəştdən yararlanacağını deyib:
“Fərman imzalanan günə əsas borcu 10 000 dollardan çox olmayan belə şəxslər borclarını qaytara bilmirlərsə və vaxtı keçmiş borcun məbləği 360 günü ötürsə, həmin borc müqaviləsi üzrə şərtlər dəyişdiriləcək. Belə ki, borc manata çevriləcək, 5 illik dövrə yeni kredit müqaviləsi bağlanacaq. Bu zaman ilk il əsas borc üzrə ödəmə olmayacaq, kredit illik 1 faizlə ayrılacaq. Eyni şərtlər manatla əsas borcu 17 000 manatı ötməyən şəxslərə də şamil olunacaq. Fərmandan da aydın olur ki, bu ehtiyacı qarşılamaq üçün Mərkəzi Bank banklara illik 1 faizlə 5 illik kredit xətti açacaq”.
R.Ağayev qeyd edib ki, bankların valyuta mövqeyinin pozulmasının qarşısını almaq üçün həmin məbləğin 215 milyon dollar ekvivalentində hissəsi qiymətli kağızlar formasında təmin ediləcək:
“Səslənən rəsmi rəqəmdən aydın olur ki, manat ekvivalentində məbləği 17 min manatdan çox olmayan və 360 gündən artıq vaxtı keçmiş bütün borcların məbləği 700 milyon manata yaxındır və borcluların sayı 400 000 nəfərdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ