"Azərbaycan bu qarşıdurmadan da uduşla çıxacaq"

18:19 13-02-2024 | icon 384 | Siyasət
"Azərbaycan bu qarşıdurmadan da uduşla çıxacaq"

Vüqar Dadaşov: "Ermənistan özünün fiziki məhvi ilə üz-üzə qala bilər"

 

“Aİ-nın Monitorinq missiyası heç də bəzən mülki missiya kimi səslənən və sülhə xidmət edən proje deyil. Sözü gedən monitorinq missiyasının Ermənistana yerləşməsi ilə bağlı ilkin proseslərin analizi, məsələn Rusiyanın təklifi ilə sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsinin Ermənistan tərəfindən qəti şəkildə rədd edilməsi, həmin Aİ-nın Monitorinq Misiyasının əsl məqsədinin, Qərbin Cənubi Qafqazla, Azərbaycanla bağlı dağıdıcı və düşmən siyasətinin mövcudluğuna sübutdur".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.

 

V.Dadaçov Aİ-nın Ermənistanda yerləşdirdiyi Monitorinq Missiyasının məqsəd və hədəflərinə diqqət çəkib. Onun sözlərinə görə, bu, Azərbaycana və o cümlədən regionla bir başa əlaqəli digər dövlətlərə bəlli siyasətdir: 

 

"Birmənalı, Qərbin Aİ Monitorinq Misiyasının Qafqazda, Ermənistanda, Azərbaycanla sərhəddə yerləşdirməsi ancaq Ermənistanla bağlı məsələ deyil. Sözsüz ki, bu missiyanın əsl məqsədi Ermənistanla Azərbaycan arasında stabil sülhə imkan verməməklə, Qərbin regionda siyasi - hərbi mövcudluğuna nail olmaqdır. Qərbin isə Cənubi Qafqazda, Ermənistanda siyasi-hərbi mövcudluğu ancaq Rusiyanın Ermənistandan çıxmasından sonra sonra mümkünlüyü şübhəsizdir. Rusuya üçün bu variant məhvə bərabər dəyərləndirmədir.

Digər tərəfdən Qərb Rusiya ilə hərbi qarşıdurmadan yayınmaqla Cənubi Qafqazda yerləşməyinin ən məqbul variantlnı Ermənistan Azərbaycan arasında qarşıdurmanı müharibəyə qədər dərinləşdirməklə Paşinyan hakimiyyəti dövründə özünü Ermənistana soxuşdurmaqdır. Əlbəttə ki, ilkin variantda Qərb Ermənistanda mövcudluğuna Rusiya ilə paralel şəkildə keçərli sayır. Sözsüz ki, bu ehtimal Ermənistanı hərbi poliqina çevirə bilər, nəticə etibarilə Ermənistan fiziki məhvi ilə üz-üzə qala bilər. ABŞ, Fransa və ümumən Qərb Aİ-nın Monitorinq Misiyası ilə Cənubi Qafqazda yerləşməklə Rusiya və Tütk dünyasına və hətta İrana qarşı geosiyasi maraqlarını təmin edə bilər. Bu məsələdə Azərbaycan bütün Cənubi Qafqaz və region dövlətlərin maraqları üçün ön cəbhədədir. Təbii ki, bu halda Azərbaycanın bu qarşıdurmadan da uduşla çıxacağı şübhəsizdir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122