İtaliyalı futbolçuya ömürlük həbs cəzası verildi

07:49 14-02-2024 | icon 294 | İdman
İtaliyalı futbolçuya ömürlük həbs cəzası verildi

Keçmiş sevgilisini döyərək öldürən italiyalı model və futbolçu Covanni Padovani ömürlük həbs cəzasına məhkum edilib.

 

İtaliyanın “Sankataldeze” klubunun keçmiş mərkəz müdafiəçisi, 28 yaşlı Padovani 2022-ci ilin avqustunda 56 yaşlı keçmiş sevgilisi Alessandra Matteussini Boloniyadakı evinin yaxınlığında təqib edib. Evin qarşısına gələrək onu gözləməyə başlayıb və hücum edib.

 

Padovani Matteussiyə əvvəlcə çəkiclə, daha sonra beysbol çubuğu və skamya ilə zərbələr endirib. Bu zaman Matteussi ilə telefonda danışan bacısı Stefaniya qadının kömək qışqırıqlarını eşidib.

 

“O, maşından düşüb qışqırmağa başladı. "Covanni, yox, sənə yalvarıram, mənə kömək et, telefonla danışırdım” dedi. Dərhal polisə zəng etdim”, - deyə Stefaniya yerli televiziyaya müsahibəsində bildirib.

 

Alessandra Matteussi hücumdan sağ çıxsa da, lakin aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Məlum olub ki, Padovani ayrıldıqdan sonra keçmiş sevgilisini mesajlar və zənglərlə narahat etməyə davam edib, hətta evinin eyvanına qalxmağa da çalışıb.

 

“Matteussi çox qorxurdu, çünki Padovani israr edirdi, qadın onu evə buraxmaq istəmirdi”, - deyə onun qonşusu qeyd edib.

 

Məhkəmə zamanı Padovani hücum zamanı psixi cəhətdən sağlam olmadığını, sağlam ruhi vəziyyətdə olan şəxsin belə cinayət törətməsinin mümkünsüz olduğunu bildirib:

 

“Əgər mən tam şüurlu vəziyyətdə olsaydım, həbsxana həyatına layiq olardım. Mən buna layiq deyiləm. Mən kabus görürəm, bağışlayın, bu, həbsxanadan da pisdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI