Keşlədəki park əsaslı təmirdən sonra istifadəyə verildi

22:57 15-02-2024 | icon 236 | Sosial
Keşlədəki park əsaslı təmirdən sonra istifadəyə verildi

Nizami rayonunda Keşlə qəsəbəsinin parkı əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib.

 

Versus.Az xəbər verir ki, Nizami rayonunda məhəllələrin və həyətlərin yenidənqurulması, parkların əsaslı təmiri, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

 

Rayonda həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə Keşlə qəsəbəsi, Yenikənd küçəsində yerləşən parkda aparılan əsaslı təmir işləri yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

 

Görülmüş əsaslı təmir işləri çərçivəsində parkın ərazisinə 2435 kv.metr tamet daşlar döşənib, 1098 metr bardür düzülüb, 308 kv.metr aqlay, 284 kv.metr qranit və mərmər təbəqələr vurulub. Bundan əlavə, kiçik tullantıların atılması üçün 52 ədəd yeni zibil qutusu qoyulub, əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

 

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün parkda 95 ədəd yeni oturacaq qoyulub, azyaşlıların əylənməsi üçün müxtəlif növ uşaq oyun elementlərindən ibarət 2 geniş meydança, yeniyetmə və gənclər üçün isə 10 ədəd idman qurğusu və turnik trenajorlarının quraşdırıldığı idman meydançası yaradılıb.

 

Parkda mövcud yaşıllıqların bərpası ilə yanaşı 182 ədəd Eldar şamı və 93 ədəd kiparis ağacı, 3000-dən artıq bəzək kolu, gül və çiçək əkilib, 150 kv.metr qazon salınıb.

 

Parkda yaşıllıqların suvarılması üçün su xətti, yağış sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib, yeni işıqlandırma sistemləri və təhlükəsizlik kameraları qurulub.

 

 





Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR