Xərçəng xəstəliyinin əlacı tapılıb?

01:31 16-02-2024 | icon 277 | Sağlamlıq
Xərçəng xəstəliyinin əlacı tapılıb?

Xərçəng xəstəliyi dövrümüzün ən böyük kabuslarındandır. Ancaq son günlər xərçəngin peyvəndinin tapıldığı ilə bağlı xəbərlər yayılır. Hətta Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib ki, Rusiya xərçəngə qarşı vaksinlər yaratmaq üzərində işləyir.

 

Xezerxeber.az-ın məlumatına görə, “Focus” jurnalındakı məqalədə isə bildirilib ki, “BioNTech” mütəxəssisləri ağciyər xərçənginin bir növünə qarşı anticisim əldə ediblər. Sinə xərçənginə qarşı dərmanın hazırlanması üzərində də iş aparılır.

 

Mövzuya münasibət bildirən professor Adil Qeybulla hesab edir ki, xərçəng xəstəliyinə tamamilə qalib gəlmək qeyri-mümkündür. Professor bunu onunla izah edir ki, xəstəlik çox vaxt gizli inkişaf edir.

 

Adil Qeybullanın sözlərinə görə, peyvənd orqanizmdə müdafiə sistemi yaradır. Amma bu müdafiə sisteminin xərçəng kimi müxtəlif toxumaların çoxsaylı törəmələrinin və müxtəlif vəziyyətlərdə olan törəmələrin öhdəsindən gələ biləcəyi məntiqli görünmür.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, gələcəkdə belə bir peyvənd hazırlanarsa və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunaraq dünya miqyasında tətbiqi tövsiyə edilərsə, ölkəmiz də bu təcrübədən yararlana bilər. Hazırda bu istiqamətdə elmi araşdırmalar və müzakirələr aparılır. Hər hansı bir nəticələr əldə olunarsa ictimaiyyətə məlumat veriləcək.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq