Bədən qoxusunu dəyişən XƏSTƏLİKLƏR

09:23 16-02-2024 | icon 273 | Sağlamlıq
Bədən qoxusunu dəyişən XƏSTƏLİKLƏR

Qalxanabənzər vəz, qaraciyər, böyrəyin işinin pozulması və şəkərli diabet bədən qoxusunun dəyişməsinə səbəb ola bilər.

 

Bu barədə Rusiyanın tanınmış həkimi Olqa Ulankina xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər:

 

“Aseton qoxusu isə diabetin əlamətlərindən biridir. Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir, ona görə də özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır. Bu maddələrin parçalanması nəticəsində keton cisimləri əmələ gəlir - onlar kəskin qoxuya cavabdehdirlər”.

 

Ekspert sirkə qoxusunun endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə biləcəyini qeyd edib:

 

“Fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır, ancaq duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalısınız”.

 

Həkim, həmçinin vurğulayıb ki, qalxanabənzər vəzin işinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun kəskinləşməsinə səbəb ola bilər:

 

“Çox miqdarda ədviyyatlı ərzaqların, yarımfabrikatların və hazır şirniyyatların istehlakı da bədən qoxusuna təsir edə bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq