Türkiyədən SƏRT GEDİŞ

09:41 19-02-2024 | icon 338 | Dünya
Türkiyədən SƏRT GEDİŞ

Təhsil müəssisələrində Qərb bayramları qadağan edildi

 

Artıq Türkiyədə özəl məktəblərə ölkənin milli dəyərlərinə uyğun gəlməyən Qərb bayramlarını qeyd etmək qadağan edilib.

 

Ölkənin Təhsil Nazirliyi hökumətin qərarına əsasən, özəl təhsil müəssisələrində Hellouin, Pasxa və Katolik Milad bayramlarının qeyd olunmasını qadağan edib.

 

Şöbədən verilən məlumata görə, türk millətinin milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərinə zidd olan tədbir və şənliklərin keçirilməsi tələbələrin psixososial inkişafına töhfə vermir.

 

Qadağa valideynlərin Qərb bayramlarının məktəblərdə qeyd olunması ilə bağlı şikayətlərindən sonra qoyulub. 2023-cü ilin dekabrında Türkiyənin milli kimliyinə uyğun gəlməyən bayram tədbirləri ilə bağlı təhsil müəssisələrinə xəbərdarlıq edilib.

 

Bundan başqa, qərara əsasən, tələbələrin akademik tərəqqi ilə yanaşı, sosial, mədəni, incəsənət və idman inkişafına təkan vermək məqsədi daşıyan “İctimai fəaliyyət və inkişaf mərkəzləri” yaradılacaq.//Publika.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq