Bakıda bir ünvanda binalar söküləcək

13:34 19-02-2024 | icon 202 | Sosial
Bakıda bir ünvanda binalar söküləcək

Sakinlərə kirayə pulu və mənzillər veriləcək

 

Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

 

Paytaxtın Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb.

 

Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində çoxmərtəbəli binaların inşa olunacaq.

 

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıblar. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə sahəyə sahib olacaqlar.

 

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratmetrindən asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar. 

 

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnib. Buna görə, pilot layihənin icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir. /Baku.ws/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq