İt, pişik və digər ev heyvanları saxlayanların NƏZƏRİNƏ

17:31 19-02-2024 | icon 210 | Sosial
İt, pişik və digər ev heyvanları saxlayanların NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun formasını təsdiq edib.

 

Agentlik tərəfindən “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportunun verilməsi haqqında” Əmr sözügedən sahədə hüquqi tənzimlənmənin həyata keçirilməsi, bu sahədə beynəlxalq tələblərin yerinə yetirilməsi və heyvan sahiblərinin çoxsaylı müraciətləri nəzərə alınaraq verilib.

 

Əmrdə bildirilib ki, AQTA-nın regional bölmələri heyvan sahiblərinin agentliyə olan müraciətlərinə əsasən, ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək. Beynəlxalq standartlara uyğun olaraq, xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmur.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması agentliyin regional bölmələri tərəfindən baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib edilməsi ilə həyata keçirilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, baytarlıq pasportunun (bir sənəd) verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyən olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR