Rıbak türkiyəli bloqeri ağlatdı

08:10 20-02-2024 | icon 321 | Şou-biznes
Rıbak türkiyəli bloqeri ağlatdı

Hazırda Türkiyədə olan norveçli müğənni Aleksandr Rıbak türkiyəli bloqer, “uzunmakarna” təxəllüsü ilə tanınan Özgür Balakarı ağladıb. Bu barədə fenomenin özü xəbər verib.

 

O, Rıbakla bir neçə video çəkib və sosial şəbəkə hesabından paylaşıb.

 

“Hər kəs onun “Fairytale” mahnısını tanıyır, amma mənim ən çox sevdiyim “Europe Sky”dır. Balaca olanda internet kafeyə gedib bu mahnını “MP3” pleyerimə endirmişdim. İndi isə mənim üçün canlı ifa etdi və mən özümü saxlaya bilməyib ağladım”, - deyə o bildirib.

 

 

Rıbakın pərəstişkarları paylaşılan videoya minlərlə şərh yazıblar.

 

Qeyd edək ki, “Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan Rıbak yaxın günlərdə Bakıya da gələcək və fevralın 28-29-da Heydər Əliyev Sarayında ikigünlük şou təqdim edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Daha bir bank BAĞLANIR

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR