Naxçıvan məktəblərində təhlükə

13:36 20-02-2024 | icon 361 | Təhsil
Naxçıvan məktəblərində təhlükə

Vəziyyəti düzəltmək üçün tender elan olunacaq

 

“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb və müəyyən olunub ki, 130-a qədər təhsil müəssisələrində istilik sistemi məktəblərin binası daxilində yerləşdirilib. Bununla bağlı aidiyyəti orqanlara müraciət olunub”.

 

Bunu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elnur Qasımov deyib. O bildirib ki, əvvəlki dövrlərdə təhsil müəssisələrinin tikintisini sifarişçi qismində Təhsil Nazirliyi yox, başqa təşkilatlar həyata keçirirdilər:

 

“Tikinti normalarına zidd olaraq təhsil müəssisələrinin bəzilərində istilik sistemləri məktəb binalarının daxilində, bəzi hallarda istilik sistemləri sinif otaqlarının üzərində, bəzi hallarda isə pilləkən boşluqlarında yerləşdirilib. Mütəxəssislərin də rəyinə əsasən, bu da təhlükə mənbəyidir və nəzərə alsaq ki, təhsil müəssisələrinin içərisində məktəbəqədər təhsil müəssisələri, yataqxanası olan məktəblər də var. Baş verə biləcək hər hansı fövqəladə hal zamanı onların məktəbdən təxliyəsi böyük çətinlik yaradar”.

 

Elnur Qasımov qeyd edib ki, ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nda da bu amillər nəzərə alınıb və ilkin olaraq 2024-25-ci tədris illərində həmin təhsil müəssisələrinin təqribən 13-də istilik sistemlərinin çölə çıxarılması nəzərdə tutulub:

 

“Bunun üçün texniki və layihə tələblərinin əsas şərtlər toplusu hazırlanır və yaxın günlərdə istilik sistemlərinin çölə çıxarılması ilə bağlı Dövlət Satınalmalarının vahid internet portalında tender elan olunacaq. Eyni zamanda, bundan sonra Təhsil Nazirliyinin özünün sifarişi ilə həyata keçiriləcək təhsil müəssisələrinin tikintisində istilik sistemlərinin layihələndirilməsi binadan çöldə nəzərdə tutulur. Buna misal olaraq Hacivar kənd tam orta məktəbinin, 1 000 şagird yerlik Naxçıvan şəhərindəki yeni təhsil müəssisəsinin, Naxçıvan şəhərində müasir tipli məktəb və bağça kompleksinin, Nehrəm qəsəbəsində uşaq bağçası və Qıvraq qəsəbəsində 500 yerlik təhsil müəssisəsinin tikintisi nəzərdə tutulur ki, layihəyə əsasən, həmin təhsil müəssisələrinin hər birində istilik sistemləri binadan çöldə yerləşdiriləcək”.

 

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdənkənar və dörd peşə məktəbi olmaqla, ümumilikdə 270 təhsil müəssisəsi var. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ