13 yaşlı oğluna cinsi zorakılıq edib?

08:26 23-02-2024 | icon 330 | Dünya
13 yaşlı oğluna cinsi zorakılıq edib?

Məşhur türkiyəli həkim məhkəməyə çıxarıldı

 

Məşhur türkiyəli həkim Ender Saraç 2017-2021-ci illər arasında Beşiktaşda yerləşən evlərində 13 yaşlı oğluna cinsi zorakılıq etdiyi iddiası üzrə hakim qarşısına çıxıb.

Ender Saraç üçün müvafiq ittiham üzrə 12 ildən 22 il 6 aya qədər həbs cəzası tələb edilib.

İstanbul 34-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində həbssiz mühakimə olunan Ender Saraç, tərəflərin vəkilləri, Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili iştirak edib.

Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin iclasların qapalı keçirilməsi ilə bağlı vəsatətini qəbul etməyib.

İclasda özünü müdafiə edən Saraç çıxışında bildirib ki, boşanma prosesində olan həyat yoldaşı Benan Saraç sosial mediada yayımlanan müvafiq görüntüləri vəkili vasitəsilə yayıb və bu görüntülər süni intellektlə yaradılıb. Ender Saraç bunların ona qarşı qurama olduğunu iddia edib.

O qeyd edib ki, evinin tualeti, hamamı da daxil olmaqla hər yerdə kameralar var və uyğunsuz şəkildə ortalıqda gəzdiyinə dair heç bir görüntü yoxdur.

“Uşaqları porno izləməyə məcbur etdiyim deyilir. Mobil telefonum məlumdur, keçmiş axtarışlarım yoxlanılıb, heç nə çıxmayıb”, - deyə Saraç bildirib.

Həkim əlavə edib ki, vegan olan uşağını inkişafının dayandığını əsas gətirərək bir dəfə yemək yeməyə məcbur edib, ona qarşı irəli sürülən ittihamları isə qəbul etməyib.

Məhkəmə müvəqqəti qərarını elan edərək zərərçəkmiş uşağın ifadəsinin pedaqoqun müşayiəti ilə məhkəmə-tibbi ekspertizası otağında alınmasına qərar verib.

Komitə Ailə və Sosial Xidmətlər Nazirliyinin işdə iştirakla bağlı vəsatətinin qəbul edilməsinə qərar verib və iclası aprelin 30-na təxirə salıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq