Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

17:33 27-02-2024 | icon 405 | Şou-biznes
Lalə Məmmədovadan “Darıxmışam” - KONSERT

Fevralın 23-də Əməkdar artisti Lalə Məmmədova F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Darıxmışam” adlı solo konsert proqramı ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Milli Aviasiya Akademiyası rektorunun köməkçisi, Xalq artisti Şahnaz Haşımova, dosent Gülnarə Əhmədova və MAA əməkdaşları, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər.

 

Sevilən müğənninin ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib. Lalə Məmmədovanı konsertdə Xalq artisti Rəfael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri müşayiət edib.

Konsertin ikinci hissəsində isə Əməkdar artist tamaşaçıların qarşısında sevilən estrada musiqiləri ilə çıxış edib.

 

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq