Nazir gənc yazarla görüşüb

11:15 29-02-2024 | icon 431 | Təhsil
Nazir gənc yazarla görüşüb

Sevindik Nəsiboğlu: "Biz gənclərə dəyər verən ziyalılarımızla fəxr edirəm"

 

Elm və Təhsil naziri Emin Əmrullayev gənc yazar Sevindik Nəsiboğlu ilə görüşüb, onun fikirlərini dilnləyib, gənclərə dövlət qayğısından danışılıb.

 

Görüş haqqında təəssüratlarını Versus.Az-a danışan məktəbli yazar, AJB üzvü, 7 kitab müəllifi, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri, Xebertime.az saytının ictimai müxbiri Sevindik Nəsiboğlu bildirib ki, fevralın 23-də Elm və Təhsil naziri Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşları qəbul edərkən o da nazirin qəbulunda olub:

 

"Emin müəllimlə özü kimi çox sadə və səmimi söhbətimiz oldu. Əvvəlcə cənab nazirimizi yenidən bu vəzifəyə təyin olunması münasibətilə həmyaşıdlarım, oxuduğum məktəbin müəllim-şagird kollektivi və öz adımdan təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzu etdim. Sonra isə ona yaradıcılığım, fəaliyyətim və təhsil həyatım barədə məlumat verdim".

 

S.Nəsiboğlu E.Əmrullayevə müəllifi olduğu kitabları təqdim edib:

 

"Emin müəllim mənə kitab hədiyyəsi üçün təşəkkürünü bildirdi və gələcək təhsil həyatımda, yaradıcılığımda uğurlar arzu etdi.

Bizim kimi gəclərə vaxt ayırıb dinlədiyi üçün cənab nazirimizə dərin minnətdarlığımı bildirirəm. Vətənimlə və vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ