“Azərbaycan elminə ayrılan maliyyə azdır”

14:39 29-02-2024 | icon 291 | Təhsil
“Azərbaycan elminə ayrılan maliyyə azdır”

“Azərbaycan elmini birləşdirib inteqrasiyasına nail olmalıyıq”.

 

Versus.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

“İstəyiriksə ki, milli elmimiz dünyada görünsün, bu birlik, əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur”, - o deyib.

 

Nazir Azərbaycan elminə ayrılan maliyyənin az olduğunu bildirib:

 

“Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək”.

 

Nazir qeyd edib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır:

 

“Elm və Təhsil Nazirliyi olaraq, 2024-cü il üçün tabeliyimizdəki ali təhsil müəssisələrinə reytinqlərinin yaxşılaşması üçün 8 milyon manatın ayrılması təmin edilib. 2026-cı ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi 800 ən yaxşı ali təhsil müəssisəsi sırasına düşməlidir. Biz bunu planlaşdırırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ