Emin Həsənli Türkiyə universitetlərində görüşlər keçirdi

19:38 01-03-2024 | icon 314 | Cəmiyyət
Emin Həsənli Türkiyə universitetlərində görüşlər keçirdi

Fevralın 26-da Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Türkiyədə Alanya Alaaddin Keykubat Universitetində tədbir keçirilib. Əvvəlcə iki dövlətin himnləri səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

 

Versus.Az xəbər verir ki, tədbirdə Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli, “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının Türkiyə təmsilçisi Tacəddin Hüseynzadə, universitetin rektoru, müavinləri, prorektorları, tələbələri iştirak edib.

 

Konfransda çıxış edən Emin Həsənli Xocalı faciəsi, ermənilərin cənub Qafqaza köçürülməsi, çar Rusiyası, sovet dövrü və sonrakı dövr ermənilərin işğalı, azərbaycanlılara qarşı təcavüzü, Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsi, 1905-1907-ci il hadisələri, 1918-ci il mart soyqırımı, 20-ci il Göyçə, Zəngəzurun Ermənistana verilməsi, 1918-ci il mayın 29-da İrəvanın verilməsilə Ermənistan dövlətinin yaradılması, 48-53-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi, 88-ci il hadisələri, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım, Kəlbəcərdə olan soyqırımlardan geniş məlumat verdi. Bildirdi ki, Xocalı soyqırımı azərbaycanlılara qarşı törədilən tarixin ən ağrılı səhifələrindən biridir və bu qanlı faciə ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biridir. Qeyd etdi ki, bu soyqırım heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək. Lakin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Xocalı qurbanlarının ruhunu şad etdi, xalqımızın qəlbinə su səpdi.

 

Daha sonra çıxış edən Azər İsmayılov bildirdi ki, Xocalıda baş verən qətliam Azərbaycan tarixinə qanla həkk olunub. Artıq müzəffər Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Silahlı Qüvvələri Xocalını düşmən tapdağından azad edib. Xocalıda abadlıq işləri vaşlanılıb. Yaxın zaman kəsiyində Xocalı sakinləri öz doğma torpaqlarına qədəm qoyacaqlar.

 

Tədbirdə Antalya Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi və onun rəhbəri Azər İsmayılın təşəbbüsü ilə Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil edildi. Xocalı faciəsindən bəhs edən kitablar və film nümayiş olundu.

 

Tədbirdən sonra Emin Həsənlini Alanya Alaaddin Keykubat Universitetinin professor Kenan Ahmet Türkdoğanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətlərindən, gənclərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən və görüləcək işlərdən danışıldı.

 

Türkiyə səfəri çərçivəsində Emin Həsənli Antalyada TRT radiosunun da qonağı olub. Radioda çıxışı zamanı qeyd edib ki, bu gün belə tədbirlərin keçirilməsinin böyük önəmi  var. Belə tədbirlərin təşkil olunması Türkiyə- Azərbaycan dostluğunun həmrəyliyinin göstəricisidir.

 

Qardaş Türkiyədə səfərdə olan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maariflənirmə İctami Birliyinin sədri  Emin Həsənli fevralın 28-də Akdəniz Universitetində Antalya Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin və Türkiyə Ocaqlarının Antalya şöbəsinin, eyni zamanda “Qardaşlığımız əbədidir” QHT koalisiyasının Türkiyə təmsilçiliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan konfransda da iştirak edib.

 

Ömər Hüseynzadənin aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Emin Həsənli ermənilərin dünya güclərinin əllərində alət olaraq Türkiyədə, Azərbaycanda törətdikləri soyqırımlardan danışdı. Azərbaycan və Türkiyənin son dövr dünyada apardığı siyasət, cənab Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən müdrik siyasəti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daim Azərbaycanın yanında olmasını qeyd etdi. Bildirdi ki, Azərbaycan-Türkiyə tarix boyu həm ağır, həm xoş günlərində bir-birinin yanında olub. İki ölkə hər zaman ən xoş günlərin sevincini bir yerdə bayram etdiyi kimi, həmçinin ən çətin məqamlarda da bir-birinə dayaq olmağı bacarır.

 

Daha sonra çıxış edənlər vətən müharibəsində qardaş Türkiyənin birmənalı olaraq ölkəmizə öz dəstəyini vurğuladılar. Qeyd olundu ki, savaşın ilk günlərindən Türkiyənin istər siyasi, istərsə də mənəvi dəstəyi Azərbaycana qələbə çalmasında böyük güc verdi. Türkiyənin bütün bölgələrindən ölkəmizə göstərilən həmrəylik ifadələri bir daha dünyaya iki qardaş dövlətin birliyini nümayiş etdirdi.

 

Tədbirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İraq, Suriya türkmənləri, cənubi azərbaycanlıların, uyqur, Kıprıs, Kipr türklərinin təmsilçiləri, tələbələr və  QHT nümayəndələri iştirak edirdi. Onlar tədbirə çox böyük maraq göstərirdilər. Konfrans nəzərdə tutulduğu müddətdən  xeyli gec bitdi.

 

Konfransda mövzu ilə bağlı suallar cavablandırıldı.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"