“Pərdəarxası oyunlar “daha çox pay götürmək” uğrunda gedir”

10:40 02-03-2024 | icon 549 | Siyasət
“Pərdəarxası oyunlar “daha çox pay götürmək” uğrunda gedir”

Ramil Hüseynov: “Əksər ölkələr Azərbaycanın regionda yaratdığı reallığı qəbul etdi”

 

“Avropadan, Qərbdən bizə qarşı yönələn belə təzyiqlər olacaq. Çünki Azərbaycan Avropa-Şərq arasında mühüm körpü rolunu, siyasi xəttini düzgün quraraq yeni dünya düzənində uğurla addımlayır. Özünü dünyanın gücü sayan Avropanın bir sıra dövlətləri bu yeni düzəndə yeni rəqibini düzgün dəyərləndirməlidir. Avropa Parlamenti absurd sanksiyalarla, qərarlarla Azərbaycanın nəbzini yoxlayıb onu öz yolundan döndərə biləcəyini düşünürsə, yanılır. Onlar bizim gücümüzü, qüdrətimizi görür”.

 

Bunu Versus.Az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Avropa Parlamentindən ölkəmizə qarşı yönələn sanksiya qərarı ilə bağlı bildirib.

 

R.Hüseynov Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın nümayəndə heyəti ilə bağlı verdiyi qərarın alman deputatı tərəfindən irəli sürüldüyünü xatırladaraq, bunun heç nəyi ifadə etmədiyini deyib. Qeyd edib ki, Azərbaycana qarşı təsir rıçağı əldə eləmək üçün belə addım atsalar da, biz bu qərarı beynəlxalq təşkilat adına doğru hesab etmirik:

 

“Avropa Parlamentində bəzi siyasi qərarlar heç də bir ölkənin hansısa deputatının, kanslerinin, yaxud bir nümayəndənin çıxışı ilə həllini tapmır. Azərbaycan müstəqil ölkə olaraq öz siyasətini müstəqil yürüdür, milli mənafeyini, maraqlarını qorumaq üçün atılan addımlar hansısa xarici qurumların istəyinə uyğun dəyişə bilməz”.

 

R.Hüseynov bildirib ki, Azərbaycan qətiyyətli dövlət diplomatiyası, Ali Baş Komandan, xalq birliyi ilə uzun illər ATƏT-in Minsk Qrupunun, ən ali Avropa təsisatı olan BMTTŞ-nın edə bilmədiyi uğuru öz iradəsi və gücü hesabına əldə edib. Onun sözlərinə görə, həmin beynəlxalq təsisatlar öz zəifliklərini ört-basdır etmək üçün uzun illər boyu regiona daxil olmaq proqramına uyğun saxladıqları münaqişə vəziyyətini bu gün də başqa bir formada dirçəltməyə çalışırlar:

 

““Demokratiya”, “İnsan haqları müdafiəsi” və sair azadlıqlar adı altında daxilə sızan Qərbin, Avropanın uzantıları regiondakı gərginliyin hakimiyyətin maraqları müstəvisində uzadıldığını önə çəkərək, xalqı dövlətdən narazı salıb, sabitliyi daxildən də zəiflətməyə çalışdı. Amma zaman göstərdi ki, böyük məsuliyyət və dövlət maraqlarını, prinsiplərini hər şeydən öndə tutan Azərbaycan rəhbəri itisadi, siyasi gücü ilə kənardan müdaxilə etməyə çalışan qüvvələrə gücünü bəyan etdi. Daxili sabitliyi, iqtisadi, siyasi balansı düzgün dəyərləndirərək region siyasətini uğurla həyata keçirtdi və ərazilərimizə qarşı olan kənar müdaxilələrə son verildi”.

 

Mərkəz rəhbəri ölkəmizə qarşı nə qədər bu cür qərəzli iddialar səslənsə də, dünyanın əksər ölkələrinin Azərbaycanın regionda yaratdığı reallığı qəbul etdiyini vurğulayıb:

 

“ABŞ-ın bir çox qolları, Fransa bu məsələdə özünü tamam fərqli aparır. Qüvvələr nisbətinin Cənubi Qafqazda, eləcə də Şərq-Qərb arenasında uzun illərə hesablanan strategiyası qurulub. Rusiya bu günün reallığını qəbul edib. Təbii ki, pərdəarxası oyunlar yenidən bölünən dünyada daha çox pay götürmək uğrunda gedir. Beynəlxalq münasibətlər sistemində, Cənubi Qafqaza münasibətdə Azərbaycana qarşı dəyişiklik baş verib. Bu münasibətləri daha da inkişaf etdirmək üçün bir çox ölkələr uzlaşıb. Dost dövlətlərlə daha açıq formada diplomatik əlaqələrinizi inkişaf etdirib, gücümüzü, varlığımızı qəbul etdirməliyik. Proseslərin inkişafı bunu zərurət, inkarolunmaz fakt kimi ortaya qoyur. Geosiyasi baxımdan dünyanın ağıllı dövlətləri haqqı dəyərləndirə bilir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq