MDU-da Elmi Şuranın iclası keçirilib

11:01 02-03-2024 | icon 330 | Təhsil
MDU-da Elmi Şuranın iclası keçirilib

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib.

 

Versus.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Elmi Şuranın iclasında geniş nitq söyləyib. Universitetdə aparılan islahatlardan söz açan rektor bir sıra məqamlara toxunub.

 

Elmi Şurada professor-müəllim heyətinin və eləcədə digər əməkdaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra qərarlar qəbul edilib.

Cari aydan etibarən elmi dərəcə və ya elmi ad alacaq əməkdaşlara bir aylıq əmək haqqı məbləğində birdəfəlik mükafat, xarici dil bacarıqlarına dair beynəlxalq səviyyədə qəbul edilən (TOEFL, IELTS və s.) sertifikatlara sahib olan MDU əməkdaşlarının aylıq əmək haqlarına müvafiq əlavələr ediləcək.

Bundan əlavə Fəlsəfə Doktoru elmi dərəcəsi alacaq MDU-nun müəllimləri baş müəllim vəzifəsinə, Fəlsəfə Doktoru elmi dərəcəsi olan MDU müəllimləri isə baş müəllim vəzifəsinə keçiriləcəklər. Bununla yanaşı Fəlsəfə Doktoru və Elmlər Doktoru elmi dərəcəsi olan MDU əməkdaşlarının aylıq əmək haqlarına 15 sentyabr 2024-cü il tarixindən etibarən müvafiq əlavələr (mövcud əlavələr artırılmaqla) ediləcək.

Rektor Şahin Bayramov: MDU-nun kadr potensialının gücləndirilməsi və əməkdaşların sosial təminatının yaxşılaşdırılması əsas prioritetlərimiz sırasındadır! MDU yeni dövrün universitetinə çevrilir!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI