“Azərbaycan qazına olan tələbat hər il artır”

10:52 04-03-2024 | icon 454 | Siyasət
“Azərbaycan qazına olan tələbat hər il artır”

Könül İsmayılova: “Cənub Qaz Dəhlizi Prezidentimizin qətiyyətli siyasi iradəsi sayəsində reallaşdı”

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edib. Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova ölkə başçısının çıxışlarını şərh edib.

 

K.İsmayılova ölkə başçısının çıxışındakı bir neçə məqama diqqət çəkərək bildirib ki, vaxtilə bəzi qüvvələrin böyük maneələr törətmək istədikləri, xəyal adlandırdıqları Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində reallaşdı.

 

Üç ildən çoxdur Azərbaycan təbii qazının Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra dövlətlərə ixrac olunduğunu vurğulayan K.İsmayılova qeyd edib ki, Yaşıl enerji istehsalı sahəsində də Azərbaycanda böyük layihələr həyata keçirilib ki, bu da ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa dövlətlərinə ixracını mümkünləşdirəcək:

 

“Prezident çıxışında Azərbaycanın zəngin təbii qaz yataqlarına malik olması, istismarda olan yataqlarla yanaşı yeni yataqların da yaxın vaxtlarda qaz hasil etməsi istiqamətində görülən işlər, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr haqqında ətraflı məlumat verdi. Bəllidir ki, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər səviyyədə ölçülür. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir. Nəhəng xarici şirkətlər, maliyyə institutları Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərir”.

 

Dövlət başçısının Azərbaycanın zəngin neft-qaz yataqlarına malik olmasına baxmayaraq, yaşıl enerji sahəsində də böyük layihələrin icra edildiyini və bu istiqamətdə işlərin davam etdirilməsi fikrinə diqqət çəkən K.İsmayılova vurğuladı ki, ölkəmizdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu cür stansiyaların tikintisi davam etdirilir:

 

“Ölkəmizin bərpa olunan enerji ehtiyatları baxımından böyük potensialı var və bu sahədə digər xarici şirkətlərlə də əməkdaşlıq edilir. Azərbaycanın yaşıl enerji sahəsində apardığı siyasəti və həyata keçirdiyi böyük layihələri dünya dövlətləri və beynəlxalq təşkilatlar yüksək qiymətləndirir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Avropaya ixrac ediləcək”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq