"Gələn bahar bayramına daha böyük uğurlar ümidi ilə..."

13:03 20-03-2024 | icon 582 | Siyasət
"Gələn bahar bayramına daha böyük uğurlar ümidi ilə..."

"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

 
 
 
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
 
 
 
"Əziz soydaşlar sizi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, bol ruzi-bərəkət arzu edirəm.
 
Biz bu gün çox böyük tarixi bir mərhələni yaşayırıq. Bu mərhələ bizim üçün ciddi önəm daşıyır. Çünki biz 100 illərin arzusunu bizdən öncə yaşayan, amma nakam arzuları ilə haqqın dərgahına qovuşmuş dədə-babalarımızın arzularını gerçəkləşdirdik. Bu bizim üçün qürurverici, yaşadıqca yaşatmalı olduğumuz vacib olan tarixi bir hadisədir.
 
Hər il bayramlarda, biz Qarabağda görüşmək arzularımızı dilə gətirirdik. Artıq o gerçəkləşib, biz Qarabağımızda öz milli idealogiyamızla, milli kimliyimiz və vətənpərvərliyimizlə öz siyasi uğurlarımızı davam etdiririk.
 
Xankəndi şəhərində yandırılan tonqal, erməni siyasi idealogiyasının neçə illərdən bəri bizə qarşı istiqamətləndirilmiş düşmənçilik, siyasi quruluşun yandırılması deməkdir. Bu xöşbəxt qürurverici anları bizə yaşadan Şəhidlərimizə Allah rəhmət eləsin. Onların ruhları qarşısında baş əyirik. Qazilərimizə Allah şəfa versin!
Bütöv, böyük və güclü Azərbaycan idealoji xəttini, diplomatik uğurlarla ərsəyə gətirən Ali baş komandana təşəkkür edirik. Dövlətimizə, millətimizə şərəfi ilə xidmət edən hər kəsə minnətdarıq.
 
Gələn bahar bayramına daha böyük uğurlar ümidi ilə dəyərli soydaşlarımızı bir daha təbrik edir, firəvan həyat arzu edirəm".
 
 
PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ