"Regionlarda produktiv məşğulluğa nail olunmalıdır"

12:12 06-03-2024 | icon 291 | Siyasət
"Regionlarda produktiv məşğulluğa nail olunmalıdır"

Fuad Əliyev: "Regionların investisiya cəlbediciliyini artırmaq lazımdır"

 

“İnkişaf etmiş ölkələrin də təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi tərəqqisi regionların iqtisadi inkişafından əhəmiyyətli dərəcədə asılıdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

Onun sözlərinə görə, sosial-iqtisadi inkişaf prosesinin müxtəlif aspektləri vardır:

 

“Hesab edirəm ki, bunlara cəmiyyətin müxtəlif strukturlarında dəyişikliklər, milli istehsalın və əhali gəlirlərində artım və sair aid etmək olar. Dinamik iqtisadi inkişaf ölkə ərazisindəki iqtisadi və sosial resurslardan düzgün şəkildə istifadə olunmalıdır. İlk növbədə burada həyata keçirilən iqtisadi siyasətdən və onun düzgün şəkildə reallaşdırılmasından ibarətdir. Ölkəmizdə hal-hazırda həlli vacib sayılan problemlərdən biri də regionların sosial-iqtisadi aspektdən inkişafının daha da artırılması, regionlar arasında mövcud olan və özünü kəskin şəkildə biruzə verən fərqlərin aradan qaldırılması və regionlarda produktiv məşğulluğa nail olunmalıdır”.

 

Fuad Əliyev bildirir ki, tədqiqatlara əsasən, regionların sosial-iqtisadi cəhətdən inkişafı hər bir ölkənin bu yöndə olan tərəqqisinin mühüm bir göstəricisidir:

 

“Bu baxımdan, regionların sosial-iqtisadi cəhətdən inkişafı dövlətin iqtisadi prioritetləri arasında mühüm yer tutmalıdır. Əvvəlki illərə nəzərə saldıqda görə bilərik ki, regionların sosial-iqtisadi yüksəlişinə o qədər də çox diqqət yetirilməmişdir. Məhz bu səbəbdən regionlar arasında inkişafda kəskin fərqlər nəzərə çarpır. Ölkəmizin zəngin təbii resurslara malik olması və əlverişli mövqedə yerləşməsi onun sosial–iqtisadi tərəqqisinə şərait yaradan amillərdən biridir. Təəssüf ki, bu resurslar regionlar üzrə qeyri-bərabər bölündüyü üçün regionların inkişafı arasında kəskin fərqlər mövcuddur. Bir çox infrastruktur, sənaye sahələrinin paytaxtda cəmləşməsi nəticəsində insanların buraya axınına səbəb olmuşdur. Bu isə regionların təsərrüfatının inkişafına mənfi təsir göstərit. Hesab edirəm ki, dövlət regional sosial–iqtisadi inkişafı təmin etməlidir. Birinci növbədə regionlarda yeni iş yerlərinin yaradılması işinə təkan verməlidir. Yeni istehsalat şirkətləri, o cümlədən, kiçik və orta sahibkarların fəaliyyətini yenidən təşkil etmək. Regionların investisiya cəlbediciliyini artırmaqla bölgəyə yeni sərmayəçilərin cəlb edilməsinə nail olmaq”.

 

Fuad Əliyev qeyd edib ki, dövlətin və vətəndaşların qarşılıqlı sosial məsuliyyəti ümumdövlət maraqlarına xidmət etməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI