Kollecin direktoru və müavini İŞDƏN ÇIXARILDILAR

15:39 11-03-2024 | icon 256 | Təhsil
Kollecin direktoru və müavini İŞDƏN ÇIXARILDILAR

2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.

 

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir.

 

Nəzərinizə çatdırırıq ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yanvar 2024-cü il tarixindən etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılır.

 

Araşdırma zamanı sözügedən kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ