Kollecdə rüşvət QALMAQALI

13:46 12-03-2024 | icon 177 | Cəmiyyət
Kollecdə rüşvət QALMAQALI

Direktor əvəzinin səs yazısı yayıldı

 

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev tutduğu vəzifədən azad edilib.

 

Müvafiq qərar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində qəbul edilib.

 

Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri sayta bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay Rayon Prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb.

 

Buraya dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.

 

Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı təhsil müəssisəsi üçün avadanlıqlar və yanacaq alınıb. İşləməyən texnika üçün alınan yanacağa ayrılan vəsaitin bir neçə min manat dəyərində olduğu bildirilir. Məlumatlara görə, bu faktlar prokurorluq orqanlarının diqqətindən yayınmadığı üçün hüquqi müstəvidə araşdırma davam etdirilir.

 

Aparılan araşdırmalar nəticəsində direktor əvəzi Şahin Əliyevdən, Əyani Şöbənin müdiri Kamilə Həmidova və Qiyabi Şöbənin müdiri Gülbəyim Həsənovadan da izahat alındığı bildirilir.

 

Rüşvət qalmaqalı ilə bağlı audioyazı da üzə çıxıb. Audioyazıda Şahin Əliyevin kollecin direktoru vəzifəsini müvəqqəti icra edərkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən... Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.

 

Sözügedən audioyazını və kollecin balansında olan texnikanın mövcud durumunu əks etdirən fotoları təqdim edirik:

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM