QMİ rəsmisindən ETİRAZ

17:43 13-03-2024 | icon 200 | Cəmiyyət
QMİ rəsmisindən ETİRAZ

“Ramazandan istifadə edib insanları aldadırlar”

 

“Bir adam günah, yaxud da səhv edirsə, cəzasını çəkməlidir. İnsanları aldatmaq isə böyük günahdır”.

 

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi hacı Fuad Nurullayev bəzi restoranlarda gündüz saatlarında 15 manata olan menyunun axşamlar iftar süfrəsində 25-55 manata təklif olunmasına münasibətində deyib. 

 

Hacı Fuad Nurullayevin sözlərinə görə, restoranlarda iftar süfrəsinin vətəndaşlara baha təklif edilməsi ilə bağlı icra hakimiyyətləri məşğul olmalıdırlar:

 

“Həmin orqanlar restoranların fəaliyyətini tənzimləyirlər. Restoranların rəhbərliyindən soruşmaq lazımdır ki, sizin insafınız, ədalətiniz harada qalır? Bu restoranları işlədənlərdən soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Bu adamlar Ramazandan istifadə edib insanları aldadır, günaha batırlar. İnsanlar, belə şeylər etməyin, günahdır. Dinimiz deyir ki, insanın bir məhsulu maya dəyərindən bir qat yarımdan baha satmaq hüququ yoxdur”. 

 

Hacı Fuad Nurullayev özünün heç vaxt iftarını restoranlarda açmadığını vurğulayıb:

 

“İstisna hal ola bilər. Niyə getmirəm? Restoranda yeməklərin hansı yağla bişirildiyi bilinmir. O restoranlara getmək olar ki, orada işləyənləri tanıyasan, ortaya halal tikə qoysunlar qarşına”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq