“Ermənistan separatçılıqdan əl çəkməyib”

15:55 14-03-2024 | icon 178 | Siyasət
“Ermənistan separatçılıqdan əl çəkməyib”

Elşad Mirbəşir: "Azərbaycan ərazisində separatizmə heç vaxt yer olmayacaq"


“Ermənistanda separatçıların yenidən aktivləşməsi Cənubi Qafqaz üçün gələcək təhlükələrdən xəbər verir. Ermənistan 2020-ci il 44 günlük savaşdan ötən zaman ərzində müxtəlif bəhanələrlə sülh sazişinin uzadılmasına çalışır. Ermənistanın Avropadakı dəstəkçiləri də məhz bu mövqedən çıxış edir, erməniləri Azərbaycana qarşı revanşa həvəsləndirirlər”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Ermənistanda separatçı rejimin yenidən canlandırılması ilə bağlı açıqlamasında bildirib.

 

E.Mirbəşir separatçılğın canlanmasının Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan yayınmasının növbəti davamı hesab edib:

 

“Ermənistan necə ki, Azərbaycanın ərazi bütövlüyünü sənəd üzərində tanımayıb, rəsmi qaydada ərazi iddialarından imtina etməyib, deməli separatizmdən də əl çəkmək fikrində deyil. Bu gün ermənilər guya Azərbaycanın Ermənistanın hansısa kəndlərini nəzarət altında saxladığını iddia edirlər. Bunlar sülh sazişini imzalamadan yayınmaq üçün növbəti cəhdlərdir. Fransa kimi dövlətlər onları buna həvəsləndirir.
Fransa müdafiə nazirinin Ermənistana səfəri, hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın qurulmsı, Ermənistanın silahlandırılması halları gələcəkdə Cənubi Qafqaz regionunda gərginliyin yaradılması cəhdlərindən xəbər verir”.

 

E.Mirbəşir ermənilərin öz sepratçı niyyətlərini hər bir hərəkətdə açıq nümayiş etdirdiyini bildirib və faktlara diqqət çəkib:

 

“Hələ 1988-ci ildə Azərbaycan ərazisində olan erməni separatçılar, həmin dövrdə Azərbaycan və Ermənistan Ali Sovetlərinə müraciət edərək, həmin dövrdə mövcud olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini istəmişdilər. Elə həmin dövrdə də “Miatsum” hərəkatının əsası qoyulmuşdu. 2024-cü il fevral ayının 20-də, bu dəfə İrəvanda "Miatsum" hərəkatının 36-cı ilini qeyd etdilər, yenə də separatçı şüarlar, Azərbaycana qarşı əsassız iddialar səsləndirdilər. Belə bir aksiyanın keçirilməsi hakim dairələrin iradəsindən kənar baş verə bilməzdi. Aksiya iştirakçıları miatsumu davam etdirəcəklərini bildirdilər. Bu dəfə bu utopiyanı Azərbaycan ərazilərindən kənarda səsləndirməkdədirlər".

 

Deputat bəyan edib ki, Ermənistan Azərbaycanın iradəsi ilə formalaşan reallıqları qəbul etməyə məcburdur. Bilməlidir ki, istənilən revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq:

 

“Separatçılıq erməni təfəkkürünün göstəricisidir. Bu gün Ermənistanda separatçılıq meyilləri qalsa da, heç bir nəticəsi olmayacaq. Azərbaycan ərazisində separatizmə heç vaxt yer olmayacaq. Ermənistan bunu dərk etməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq