Sərnişinlərin NƏZƏRİNƏ

19:26 15-03-2024 | icon 380 | Sosial
Sərnişinlərin NƏZƏRİNƏ

Metronun “28 May” stansiyasının ətrafında xüsusi zona yaradılır

 

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (metronun “28 May” stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi martın 27-dən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək.

 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

 

Bildirilib ki, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi sayəsində tənzimlənəcək.

 

Ərazidə avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi sərnişinlərin minik avtomobili ilə rahat qarşılanması və ya yola salınmasına imkan verəcək.

 

Xatırladaq ki, Nəqliyyatı Əlaqələndirmə Şurasının metronun “28 May” stansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarına uyğun olaraq göstərilən ərazilərdəki parklanma yerlərinin fəaliyyəti dayandırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq