Üfürənov...

08:42 18-03-2024 | icon 433 | Maraqlı
Üfürənov...

Müharibə mövzusu gopçular üçün nağıla çox yaxındır

 

 

 

QƏZƏNFƏR HÜSEYNOV

 

 (YUMOR)


Yaxından tanıdığım bir yerlimiz vardı, rayonların birində mühüm vəzifə tutan kürəkəninə görə çox "nüfuzlu" idi, orta məktəbdə şagirdlərə həm də dərs keçirdi. Ona Üfürənov ləqəbi seçmişəm, onun haqqında bu ləqəblə sizlərə nəql edəcəm.

 

 

Üfürənov həmişə müharibə haqda gop eləməyi sevirdi, adətən gopçular ov səfərindən gop edirlər, amma bizim qəhrəman 1941-45 ci illərin müharibəsindən üfürərdi, hansı ki, müharibədə vaxtının çoxunu qaupvaxtda (dustaqxanada) keçirib, sonra da xəstələnərək, ordudan tərxis edilib.

 

1973 cü il olardı qapıbir qonşumuz Məhəmməd Həşimli dünyasını dəyişəndə yas məclisində Cəbrayıl rayon prokurorluğunda müstəntiq işləyən oğlu Aydın Həşimova görə kənar rayonlardan da baş sağlığı verməyə gələnlər vardı. Rayonumuzdan da xeyli adamlar yas məclisində iştirak edirdilər.

 

Hekayəmin qəhrəmanı Üfürənov həmişə olduğu kimi söhbəti müharibədən salaraq üzünü mərasim iştirakçılarına tutub soruşdu:


- Burda Ağdamdan kimsə var?


Bir nəfər yerindən - bəli var, mən, ağdamlıyam.


- Lap yaxşı, ağdamdan da çox igid adamlar vardı mənim rotamda, deyib soruşdu:


- Bəs Kəlbəcərdən necə?


Məclisdən səs çıxmayanda dedi ki, müharibədə belə qayda vardı, Stalinin əmr vermişdi ki, müharibədə döyüşdən qabaq döyüşçüləri sıraya düzüb, hər 50 nəfərdən birini irəli çıxarıb güllələyirdilər ki, yerdə qalanlar meyiddən qorxaraq, döyüşdə geri çəkilməsinlər.


Sonra yanındakı adamlara üz tutaraq (tərs kimi mən də onun yanında əyləşmişdim) sözünə and içməklə davam etdi:


- Siz öləsiniz Kəlbəcərdən İmamqulu adlı bir əsgərim vardı, onu da güllələmək üçün sıraya düzmüşdülər. Son anda xəbər tutub, general Petlyurova xahiş etdim və onu güllələnməkdən xilas etdim.

 

Müharibə mövzusu gopçular üçün nağıla çox yaxındır...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122