“Təklükəsizliyimizin əsas təminatçısı vətəndaş həmrəyliyidir”

18:34 28-03-2024 | icon 460 | Geopolitika
“Təklükəsizliyimizin əsas təminatçısı vətəndaş həmrəyliyidir”

Rauf Qurbanov: “Moskvadakı terrordan öncə də dəfələrlə Azərbaycanda bu cür hallara cəhdlər olub”

 

“Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror, son 20 ildə miqyasına görə Rusiyada törədilmiş ən böyük terror hadisəsidir. Bu terror akti ilə Azərbaycanda qarşısı alınmış hadisənin hər hansı bir əlaqəsi yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən dəhşətli terror aktı ilə bağlı açıqlamasında siyasi icmalçı Rauf Qurbanov bildirib.

 

R.Qurbanov qeyd edib ki, vaxtı ilə Bəşər Əsəd hakimiyyətinə qarşı yaradılmış “İslam Dövləti döyüşçüləri” (İŞİD) Suriyada aparılan məlum əməliyyatlardan sonra Suriyanın şərqindəki dayaq məntəqələrindən sıxışdırılıb çıxarıldılar. Bundan sonra onlar sırf terror xarakterli kiçik quruplara parcalanaraq müxtəlif qitələrə o cümlədən Qərbi Afrikadan tutmuş Cənubu Şərqi Asiyaya qədər yayıldılar:

 

“İndi İŞİD-in əsas qüvvələri Əfqanstanda, Pakistanda və İranda yerləşir. Təhlükəsizlik üzrə tanınmış ekspertlərin və analitiklərin rəylərinə görə “İslam fanatikləri” Avropa və Amerikada genişmiqyaslı terror aktları keçirmək niyyətindədirlər. ABŞ Milli Kəşviyyat idarəsinin direktoru Avril Haynesin təbrincə desək, İŞİD dünya üçün ciddi təhlükəyə cevrilib. Hesab edirəm ki, fəaliyyətləri insanlıq əlehinə yönəlmiş bu terror qruplarına qarşı mübarizə bütün dünya dövlətləri tərəfindən birgə aparılmalıdır”.

 

R.Qurbanov hesab edir ki, Moskvada baş vermiş terror akti ilə Azərbaycanda DTX tərəfindən qarşısı alınmış hadisənin hər hansı bir əlaqəsi yoxdur:

 

“Rusiyada törədilmiş hadisədən öncə də dəfələrlə respublikamızda bu cür hallara cəhdlər olub, Dövlət Təhlükəsizilik Xidmətinin əməkdaşlarının ayıq-sayıqlığı və yüksək peşəkarlığı nəticəsində bu insanlıq əlehinə qarşı olan hadisələrin qarşısı ciddi-cəhdlə alınıb. Yaşadığımız dünya çox təhlükəli bir fazaya daxil olub. Hesab edirik ki, hüquq mühafizə orqanları ilə yanaşı bütün təşkilatlar və o cümlədən, cəmiyyət ayıq-sayıq olmalıdır. Baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün biz hamımız səfərbər olmalıyıq. Təklükəsizliyimizin əsas təminatçısı vətəndaş həmrəyliyidir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR