“Ölkəmiz, cəmiyyətimiz ayıq-sayıq olmalıdır”

19:04 28-03-2024 | icon 469 | Geopolitika
“Ölkəmiz, cəmiyyətimiz ayıq-sayıq olmalıdır”

Razi Nurullayev: “Azərbaycanı müxtəlif təzyiqlərə boyun əymədiyinə görə cəzalandırmaq kimi cəhdlər var”

 

“Moskvada baş verən terror aktı ilə Azərbaycanda planlaşdırılan və vaxtında qarşısı alınan terror cəhdinin arasında hansı əlaqənin olması xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və bununla bağlı müəyyən məlumatlar verilib”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən dəhşətli terror aktı ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

 

R.Nurullayevin fikrincə, hazırkı vaxtda bu terror aktları arasında bağlılığın olması yalnız ehtimal edilə bilər. Deputat ölkəmizə qarşı terror təhdidlərinin çoxalmasını bir çox nüanslarla önə çəkib:

 

“Biz dəfələrlə terrorun şahidi olmuşuq. Eləcə də Azərbaycanda planlaşdırılan bir çox terror hadisələrinin qarşısı alınıb. Hazırda da Milli Məclisin deputatına qarşı törədilən sui-qəsdin iştirakçılarının məhkəmə istintaqı gedir. Dünyada baş verən mənfi trendləri – Rusiya-Ukrayna müharibəsi, Ermənistan-Azərbaycan arasında olan münaqişədən sonra sülh müqaviləsinin bağlanmamasını, qonşu və uzaq ölkələrin regionda geopolitik maraqlarını nəzərə alaraq deyə bilərik ki, terror riski qalır. Bu onu deməyə əsas verir ki, Azərbaycana qarşı bu kimi təhdidlər var”.

 

R.Nurullayev Azərbaycanda terror cəhdlərinin, planlarının qarşısının alınması ilə bağlı faktları qeyd edərək, xüsusi xidmət orqanlarının peşəkar səviyyədə onları dəfv etdiyini vurğulayıb:

 

“Azərbaycanın öz torpaqlarını azad etməsi, müstəqil siyasət yeritməsi bir çox ölkələrin xoşuna gəlmir. Ortada Azərbaycanı müstəqil siyasət aparmasına, müxtəlif təzyiqlərə boyun əymədiyinə görə cəzalandırmaq kimi cəhdlər var. Ona görə də ölkəmiz, cəmiyyətimiz ayıq-sayıq olmalıdır. Ümid edirəm ki, Azərbaycanda planlaşdırılan bu cür neqativ cəhdlərin qarşısı alınacaq və vətəndaşlarımız həyatlarına stabil şəkildə davam edəcəklər”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq