MDU rektorunun başçılıq etdiyi nümayəndə heyəti RMİ-də olublar

19:11 01-04-2024 | icon 266 | Təhsil
MDU rektorunun başçılıq etdiyi nümayəndə heyəti RMİ-də olublar

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda olublar.

 

Versus.Az xəbər verir ki, MDU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında 2023-cü ilin noyabr ayında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər barədə müzakirələr aparılıb, eyni zamanda professor Misir Mərdanov və digər rəhbər əməkdaşlar ilə maraq doğuran əhəmiyyətli müzakirələr təhlil edilib. Görüşün sonunda həyata keçiriləcək konkret tədbirləri özündə əks etdirən Birgə Fəaliyyət Planını imzalanıb.

 

Fəaliyyət Planında İnstitut əməkdaşlarının MDU-da ustad dərsləri verməsi və magistr dissertasiyalarına rəhbərlik etməsi, MDU əməkdaşlarının İnstitutda keçirilən elmi seminarlarda iştirakı, birgə elmi tədqiqatların aparılması və ortaq elmi məqalələrin dərc olunması, MDU-da Riyaziyyat festivalının təşkili, Mingəçevirdə Riyaziyyat olimpiadasının keçirilməsi və digər tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

 

Rektor Şahin Bayramov qarşılıqlı faydalı əməkdaşlığın elm və ali təhsilin inteqrasiyasına mühüm töhfələr verəcəyinə inandığını qeyd edib və göstərdiyi dəstəyə görə hörmətli Misir müəllimə təşəkkür edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM