Məşhur aktrisa inanılmaz haldadır, qidanı damarlardan alır

08:33 04-04-2024 | icon 262 | Şou-biznes
Məşhur aktrisa inanılmaz haldadır, qidanı damarlardan alır

Məşhur sovet və Rusiya aktrisası Svetlana Svetliçnaya kəskin miokard infarktından sonra yemək və içməyi dayandırıb. Həkimlər ona venadaxili qida verirlər.

 

Tibb işçiləri onun vəziyyətini ağır qiymətləndirirlər.

 

Martın 27-də Svetliçnaya ağır vəziyyətdə ürək çatışmazlığı ilə Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna (ETİ) aparılıb. O, martın 29-dək reanimasiyada olub, sonra isə cərrahi xəstələr üçün somatopsixiatriya şöbəsinə köçürülüb. Bir gün əvvəl aktrisa Sklifosovski adına ETİ-dən buraxılıb, bundan sonra Qannuşkin adına Psixiatriya Kliniki Xəstəxananın psixiatriya şöbəsində olacaq.

 

Məlumata görə, aktrisa damara daxil edilmiş kateter vasitəsilə maye məhlul kimi verilən venadaxili qidalanma yolu ilə qidalanacaq. Svetliçnaya özü şiddətli zəiflik və aşağı qan təzyiqi səbəbindən yemək yeyə bilmir.

 

Hazırda Svetliçnaya koronar sindromu, ürək və böyrək çatışmazlığı ilə üçüncü mərhələ hipertoniya, həmçinin ürək və böyrəklərin zədələnməsindən əziyyət çəkir.

 

Qeyd edək ki, məşhur aktrisa sovet dövrünün seks-simvollarından sayılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI