MDU rektorunun TGT-nin yeni heyəti ilə görüşü keçirilib

11:09 08-04-2024 | icon 295 | Təhsil
MDU rektorunun TGT-nin yeni heyəti ilə görüşü keçirilib

Aprelin 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin üzvləri ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, rektor TGT-nin yeni təyin olunan təşkilat üzvləri ilə yaxından tanış olub və onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

 

Ş.Bayramov bildirib ki, TGT MDU-nun bütün dövrlərində təqdirəlayiq fəaliyyət göstərib. Universitetin əldə etdiyi nailiyyətlərdə təşkilatın hər bir üzvünün özünəməxsus əməyi olduğunu qeyd edib. Müxtəlif illərdə MDU TGT-nın ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində göstərdiyi fəallığa əsasən “İlin Tələbə Gənclər Təşkilatı”, “İlin Tələbə Gənclər Təşkilatı Sədri” və “İlin TGT Nümayəndəsi” adına layiq görüldüyünü xatırladan rektor, bu uğurları aktiv gənclərimizə verilən dəyər kimi qiymətləndirib.

 

Eyni zamanda təşkilat üzvlərinin komanda şəklində işləmə bacarığının olduğunu xüsusilə vurğulayıb. Ş.Bayramov yeni heyətin ədalətlilik, şəffaflıq və obyektivlik prinsipləri əsasında göstərəcəyi fəaliyyətilə MDU-nun sürətlə modernləşməsinə davamlı töhfələr verəcəyinə əminliyini ifadə edib və gənclərin hər birinə akademik göstəricilərinin yüksək olması şərti ilə daha fəal olmağı arzulayıb.

 

TGT-nin idarə heyəti üzvləri universitetdə tələbələrin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkür ediblər. Təşkilatın görəcəyi işlər, hədəflər və gözləntiləri haqqında rektora məlumat verərək, onlara göstərilən etimadları doğruldacaqlarını bildiriblər.

 

Görüşdə təşkilatın həyata keçirəcəyi yeni layihələr barədə fikir mübadiləsi aparılıb. Gəncləri diqqətlə dinləyən Ş.Bayramov onların fəaliyyət istiqamətlərini dəstəkləyib və müəyyən tövsiyyələrini verib.

 

Qeyd edək ki, MDU-da tələbə gənclərin universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və Mingəçevir şəhərinin ictimai-siyasi həyatında aktiv iştirakına xüsusi diqqət yetirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?