Daha bir deputat səlahiyyətini İTİRİR

12:51 08-04-2024 | icon 300 | Siyasət
Daha bir deputat səlahiyyətini İTİRİR

Parlamentdə boş qalan yerlər 10-a çatır

 

Prezident İlham Əliyevin Ramin Məmmədovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin etməsindən sonra parlamentdə boş qalan deputat yerlərinin sayı 10-a çatacaq.

 

Xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçki zamanı baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələri ləğv edilib.

 

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsi olub.

 

2020-ci il avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov da dünyasını dəyişib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.

 

Bundan başqa, Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin ediləndən sonra onun deputat mandatına son verilib.

 

Deputatlar Madər Musayev və Qənirə Paşayevanın vəfatından sonra boş qalan deputat yerlərinin sayı 9-a çatıb.

 

Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndində bildirilir ki, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) deputatın səlahiyyəti itirilir.

 

Deməli, Ramin Məmmədov da dövlət orqanında vəzifəyə təyinat aldığına görə, deputat səlahiyyətlərini itirəcək.

 

Bununla da, boş qalan deputat yerlərinin sayı 10 olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?