“Rusiya sülhməramlıları getməli idilər, getdilər”

20:06 17-04-2024 | icon 135 | Siyasət
“Rusiya sülhməramlıları getməli idilər, getdilər”

Rəşad Bayramov: "Sülhməramlıların gözlənildiyindən tez getməsi sevindiricidir"

 

“Əgər rus qüvvələri əraziləri tərk edirsə, deməli Azərbaycan hakimiyyəti uğurlu danşıqlar aparmağa müvəffəq olub”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib. Politoloq hesab edir ki, Rusiyanın bütün gücü ilə Cənubi Qafqazda qalmaq istəyi fonunda, sülhməramlı missiya ilə vaxtından əvvəl ərazilərimizi tərk etməsi Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur.

 

R.Bayramov qeyd edib ki, Rusiya Ermənistanla gərgin münsibətlər fonunda Azərbaycandakı sülhməramlıları rezerv qüvvə kimi saxlamışdı:

 

“Rusiya hərbi kontingenti Azərbaycan ərazisində sülhyaradıcı missiya qismində fəaliyyət göstərirdi. Antiterror tədbirləri və ermənilərin Qarabağdan çıxıb getməsindən sonra bu missiyanın qalmasının heç bir əhəmiyyəti yox idi. Bu baxımdan getməli idilər, getdilər. Sadəcə gözlənildiyindən tez getmələri sevindiricidir. Bu, Azərbaycanın xarici siyasət sahəsində mövqelərini gücləndirir və daha qətiyyətli addımlar atmağı imkanlar yaradır”.

 

Politoloq hesab edir ki, Ermənistanda olan hərbi bazanın qalması fonunda Azərbaycanda olan sülhyaradıcı missiyanın ərazilərimizdən çıxması Qərbin özündə də Azərbaycana qarşı münasibətlərin dəyişməsnə imkan yarada bilər. Onun sözlərinə görə, bunun Qərb tərəfindən regionda yaradılan gərginlik, yaxud müharibə ehtimalı ilə əlaqələndirilməsi istisnadır:

 

“Çünki Rusiya sülhməramlı qüvvələri bölgədə qalsa da, Azərbaycanla Ermənistanın yeni müharibə ehtimalında da özünü kənarda saxlaya bilərdi.  Əvvəla hər hansı müharibə gözlənmir. Onsuz da sülhməramlı missiyanın sərhəddə mövqe tutması mümkün deyil. Qərbin, Avropanın Ermənistan sərhədində yığdığı silahların da sülhməramlı missiyaya aidiyyatı yoxdur. Rusiyanın Ermənistanın içərisində 102-ci bazası var. Qərb, Avropa Ermənistana silah yığırsa, bundan sülhməramlılar deyil, 102-ci baza narahat olmalıdır. Çünki Rusiya ilə Ermənistan arasında kəsknləşmə olarsa, hədəfə istiqamətlərnın qüvvə 102-ci baza olacaq”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM