Qarabağdan çıxan Rusiya sülhməramlılarının yeni missiyası nədir?

20:17 17-04-2024 | icon 134 | Siyasət
Qarabağdan çıxan Rusiya sülhməramlılarının yeni missiyası nədir?

Şair Ramaldanov: “Sülhməramlı qüvvələrin 102-ci baza tərkibində istifadə edilməsi istisna edilmir”

 

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk edir. Verilən xəbərlərə görə, Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını artıq təsdiqləyib. Eləcə də rəsmi Bakı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edildiyini bildirib. Qərbin, Avropanın cəhdləri ilə regionda yaranan geosiyasi gərginlik fonunda Rusiya sülhməramlı qüvvələrinin bölgəmizi tərk etməsi gözlənilən hesab olunsa da, birmənalı qarşılanmır. Rusiyanın 10 noyabr bəyannaməsinə əsasən göstərilən müddətdən əvvəl Qarabağı tərk etməsi nə ilə bağlıdır?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən hərbi ekspert Şair Ramaldanov vəziyyəti təhlil edib.

 

Ekspert Rusiya sülhməramlı missiyanın ərazilərimizi tərk etməsində təəccüblü məqam görmədiyini deyib. Onun fikrincə, regionda yaranmış reallıqlar Rusiya sülhməramlı missiyanın bölgəmizdəki fəaliyyətini sıfırlayıb:

 

“44 günlük müharibədən sonra 10 noyabr sazişinə əsasən Qarabağda yerləşən Rusiya hərbi kontingenti yeni reallığa əsasən öz missiyasını tamamladı. Antiterror tədbirlərindən sonra ermənilərin Qarabağdan çıxması, az sayda qalan erməni sakinlərin təhlükəsizliyinin təmin olunması, reinteqrasiya prosesinin müsbət nəticlər verməsi, ermənilərə qarşı heç bir təhlükənin olmaması faktı artıq rus sülhməramlı qüvvələrin bölgədəki fəaliyyətnin bitməsi demək idi. Azərbaycan separatçılara qarşı antiterror əməliyyatı keçirəndən sonra Azərbaycanın müvafiq qurumları sübut etdi ki, ərazisində yaşayan bütün millətlərin təhlükəsizliyi, konstitusiya hüququ təmin olunur. Azərbaycan dövlətinin apardığı siyasət Qarabağda olan əhali ilə davranışı, erməniərin mülkiyyətini, yaşayış yerlərini mühafizəyə alması Rusiyanın sülhməramlı qüvvələrinin ərazidə qalması zərurəti aradan qaldırdı”.

 

Ekspert hesab edir ki, Rusiya sülhməramlılarının bölgədən çıxarılması ilə bağlı qərarı mövcud vəziyyəti dəyərləndirilərək verilib. Onun sözlərinə görə, bu qərarı Rusiya tərəfi qəbul edib və Azərbaycan da buna hörmətlə yanaşıb.

 

Ş.Ramaldanov hazırda Ermənistanda Qərbin, Avropanın diqtəsi ilə Rusiyaya qarşı gedən proseslərə, Rusiya-Ukrayna müharibəsinə diqqət çəkib. Onun fikrincə, Qarabağdan çıxan sülhmərsmlı missiya Ermənistanda yerləşən 102-ci bazanın gücləndirilməsi üçün istiqamətləndirilə bilər:

 

“Bu gün Ermənistanda Rusiyanın hərbi bazasına qarşı olan qüvvələrin aktivləşməsi müşahidə olunur. Bu Avropa, ABŞ tərəfindən planlaşdırılmış addımlardır. Ermənistanda gedən proseslər, Avropa İttifaqı müşahidə missiyasının bu bölgəyə gəlməsi, Brüsseldən sonra Rusiyaya qarşı pərdəarxası planların olması, Rusiyanın Ermənistandan çıxarılması hədəfi, eləcədə İrana qarşı Ermənistan ərazisindən istifadə etmək niyyətləri Rusiyanı əlavə tədbirlər görməyə məcbur edir. Azərbaycanda yerləşən sülhməramlı qüvvələrin 102-ci baza tərkibində təcrübə və peşəkarlığından istifadə edilməsini istisna edilmir”.

 

Ekspert hesab edir ki, bu, Azərbaycan dövlətinin növbəti uğuru kimi qəbul edilməlidir:

 

“Ölkə lideri Azərbaycan xalqı, dövləti qarşıda qoyduğu bütün hədəflərə nail olur. Rusiya sülhməramlıların vaxtından əvvəl çıxması bunun göstəricisidir”.

 

Ş.Ramaldanov eyni zamanda hesab edir ki, Rusiyanın hərbi kontingentini Qarabağdan çıxarması Azərbaycanla etibarlı tərəfdaşlığın olmasından xəbər verir. Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla strateji əməkdaşlığa əsaslanaraq belə addım atması müsbət qaşılanır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM