"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, dövlət başçısının Novruz bayramı münasibətilə əfv fərmanı və bəzi təşkilatı məsələlər müzakirə olunub.
Versus.Az-ın məlumatına görə, toplantıda çıxış edənlər bir qrup siyasi məhbusun əfv fərmanı ilə azad olunmasını alqışlayıblar.
ALDP sədri siyasi məhbus hesab olunanların bir qisminin - Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Əli İnsanov və başqalarını Novruz bayramı qabağı azadlığa buraxılmasının sevindirici hal olduğunu bildirib:
"Onları azadlığa çıxması üçün biz hamımız mübarizə aparmışıq. Amma təəssüf ki, siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir. Biz bütün siyasi və vicdan məhbusların azad olunmasını arzulayırıq və bu istiqamətdə işimizi davam edəcəyik.”
Toplantıda təşkilatı məsələlərə baxılıb.
LƏMAN
Versus.Az
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"