Qarabağ danışıqları: Mnatsakanyan Popovla niyə xəlvəti görüşüb...

15:44 28-03-2019 | icon 459 | Qarabağ
Qarabağ danışıqları: Mnatsakanyan Popovla niyə xəlvəti görüşüb...

 

Vyanada sabah Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə baş tutacaq ilk rəsmi danışıqlar ərəfəsində erməni xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskvadakı məxfi görüşləri barədə daha bir məlumat yayılıb.

Ermənistanda nəşr olunan “168 saat” qəzetinin yazdığına görə Mnatsakanyan Moskvaya martın 21-22-də baş tutmuş məxfi səfəri zamanı Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb.

Versus.Az Virtualaz.org a istinadən xatırladır ki, bundan əvvəl həmin qəzet Mnatsakanyanın Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü yazırdı. Z.Mnatsakanyan özü isə jurnalistlərlə söhbətində Moskvaya səfərini nə təsdiq, nə təkzib edib. Amma bildirib ki, o öz işi ilə məşğuldur və fəaliyyətində heç bir məxfilik yoxdur.

 

“Bir neçə gün ərzində biz aydınlaşdırmağa çalışdıq ki, Mnatsakanyan Moskvada kimlərlə görüşüb, gündəm nə olub və nəyə görə bu barədə rəsmi məlumat verilməyib. Dünənə qədər XİN-dən heç bir dəqiq cavab verilməyib, nazir özü isə mətbuatı konspirologiyada ittiham edib. Amma bizim etibarlı mənbəmizin bildirdiyinə görə Mnatsakanyan Vyanadakı Əliyev-Paşinyan danışıqları ərəfəsində hazırlıq  işlərinin təşkili üçün Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovla görüşüb. XİN-də bu informasiyanı təsdiq ediblər və deyiblər ki, Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında görüş əəfəsində Mnatsakanyan həmsədrlərlə məsləhətləşmələr aparıb, bu məsələhətləşmələr martın 28-də davam edəcək”-qəzet belə yazır.

Maraqlıdır, Mnatsakanyan niyə məhz rusiyalı həmsədrlə ayrıca məsləhətləşmələrə ehtiyac duyub və nəyə görə bu görüş gizli saxlanılıb? Adətən yüksək səviyyəli danışıqlar ərəfəsində həmsədrlər xarici işlər nazirləri ilə məsləhətləşmələr aparır, amma belə görüşlər heç vaxt gizli olmur. Üstəlik məsləhətləşmələrdə bir qayda olaraq hər üç həmsədr iştirak edir. İndi isə Mnatsakanyan Vyana danışıqları ərəfəsində xəlvəti Moskvaya gedib və onun Lavrovla gizli görüşü rəsmən hələ təsdiqlənməsə də Popovla görüşdüyü təsdiqlənir. Bu, Rusiyanın  Qarabağ nizamlanmasında digər iki həmsədr dövlətdən fərqli gündəmə və niyyətə malik olduğuna eyham vura bilərmi?

 

Bu arada Nikol Paşinyanın Vyana görüşü ərəfəsində verdiyi açıqlamalar da ziddiyətlidir və həmin görüşü bəribaşdan şübhə altına almağa yönəlib. Belə ki, Paşinyan yenə danışıqlar formatının dəyişdirilməsinə dair mövqeyində israr edib, bu məsələni Vyanada Əliyevlə görüşdə qaldıracağını deyib. Hansı ki, həmsədrlərin son birgə bəyanatında danışıqlar formatının dəyişdirilməsinə dair birtərəfli cəhdlərin yolverilməz olduğu vurğulanmışdı. Habelə Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, danışıqlar formatının dəyişdirilməsi müzakirə mövzusu ola bilməz.

Digər tərəfdən, Azərbaycan tərəfi nəhayət münaqişənin nizamlanmasına dair mahiyyəti üzrə detallı danışıqların başlamasının vaxtının çatdığını bildirir. Paşinyan isə deyir ki, o, Vyanaya konkret gündəmlə getmir, yəni hansısa nizamlama variantı üzrə danışıqlar aparmaq məqsədi yoxdur.

Ötən gün martın 27-də Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə martın 29-da Vyanada keçiriləcək görüşü barədə Ermənistan parlamentinin üzvlərinə məlumat verib. Deputatların suallarına cavab verən Paşinyan deyib ki, onun Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsindəki mövqeyi dəyişməz qalır və erməni tərəfi Vyanaya həmin gündəliklə gedir.

Paşinyan  əlavə edib ki, o, bu mövqeyi bu yaxınlarda Dağlıq Qarabağda separatçı liderlərlə birgə keçirdiyi iclasda da ifadə edib.

Həmin iclasda Nikol Paşinyan demişdi ki, o Dağlıq Qarabağın tərəf kimi sülh prosesinə qoşulmasını istəyir və bu, Bakının israr etdiyi kimi heç də danışıqlar formatının dəyişdirilməsi deyildir.

 

Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyanın bu mövqeyini rədd etmiş və bir daha bildirmişdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparıla bilər.

Tərəflər arasında  bütün bu fikir ixtilafları nəzərə alan Paşinyan deyib ki, qarşıdan gələn görüşdən yalnız fikir mübadiləsi gözləyir: “Mən əvvəllər də Azərbaycan prezidenti ilə müzakirələrimiz zamanı öz mövqeyimi ifadə etmişdim ki, ən azı ilkin mərhələdə bu görüşlərin konkret gündəliyi olmamalıdır. Burada məsələlərin müzakirəsi olmalıdır. Biz sadəcə olaraq müxtəlif məsələlər üzrə öz rəylərimizi mübadilə etməliyik”.

Göründüyü kimi Ermənistanın baş nazirinin mövqeyi hələ də qeyri-ciddi və ziddiyətli olaraq qalır. Axı bu necə danışıqlardır ki, konkret gündəliyi olmayacaq? Bəyəm ölkə rəhbərləri Vyanaya Qarabağ mövzusunda “ordan-burdan” danışmaq üçün gedirlər? Bu, tamamilə qeyri-ciddi yanaşmadır və mürəkkəb münaqişənin nizamlanması üzrə erməni tərəfinin hələ də öz mövqeyini müəyyənləşdirmədiyini, vaxtı uzatmağa çalışdığını göstərir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI