Erməni qərəzi və düşmən təbliğatı

20:16 01-04-2019 | icon 473 | Qarabağ
Erməni qərəzi və düşmən təbliğatı

 

Ermənistan ordusunda daim baş verən neqativ halların, o cümlədən hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin geniş yayılması, qeyri-döyüş itkilərinin sayının durmadan artması, ordunun zəif təminatı və təchizatı, ən yüksək vəzifəli generalından tutmuş əlahiddə bölmənin tağım komandirinədək bütün hərbi qulluqçularının rüşvətxorluğa bulaşması, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın da etiraf etdiyi kimi, ordunun kriminal qaydalarla idarə olunması faktlarını beynəlxalq ictimaiyyətdən və erməni əhalisindən gizlətmək və diqqəti yayındırmaq məqsədilə bu ölkənin hərbi rəhbərliyi Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır.

Versus.Az milli.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan mətbuatında guya Azərbaycan Ordusunda neqativ halların mövcud olması ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb: "Erməni tərəfi öz əlaltıları, ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq "hərbi ekspertlər"in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barəsində qarayaxma kompaniyasını aktivləşdirməklə onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir.

Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin formalaşdırılmasına cəhd etməkdir.

Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk".

Polkovnik V.Dərgahlı qeyd edib ki, istər düşmənlərimiz, istərsə də, onların Azərbaycandakı yardımçılarının ordumuza ləkə yaxmaq cəhdləri heç bir fayda verməyəcək: "Məlumdur ki, xalq ilə ordu arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin ən əyani nümunəsi Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində keçirilən "Açıq qapı" günüdür. Yerli icra hakimiyyəti orqanları, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri, əsgər valideynləri və yaxınları hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə tanış olarlar. Bu görüşlərdə qonaqlara Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Ordumuzun silahlanmasına daxil edilən ən müasir silah və hərbi texnika nümayiş etdirilir. Burada iştirak edən vətəndaşlar yaradılmış şəraitə görə hər zaman Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirirlər.

Bütün bunlar heç şübhəsiz düşmənlərimizi, o cümlədən onlara bu işlərdə yaxından yardımçı olan üzdəniraq "hərbi ekspertlər"i qıcıqlandırır və onlar əlacsızlıqdan belə qərəzli və iftira xarakterli məlumatlar yaymaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin onların bu ümidləri hər zaman olduğu kimi bu dəfə də boşa çıxacaq".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI