Ruh ölür, mənəviyyat zəifləyir, insan arsızlaşır...

20:23 01-04-2019 | icon 685 | Köşə
Ruh ölür, mənəviyyat zəifləyir, insan arsızlaşır...

Lüt videodan "çörək" - IP və layk - qazananlar

 

 

BƏYBALA MİRZƏYEV

 

Dünən sosial şəbəkələrdə Bakıda villalardan birindəki kef məclisində çılpaq qızların rəqs etməsini və mahnı oxumasını əks etdirən videonun yayılması adi, sıradan bir hadisə idimi?

 

Bir çox insanlarımız kimi mən də çox pis oldum ki, cəmiyyətimizdə bu cür pozğun kişiciklər və qadıncıqlar var, belə bir biabırçı hadisə baş verib. Üstəlik də bu rəzalət dolu videonu adi günlərdən birində yox, məhz 31 Mart Azərbaycanlıların Soyqrım Günü "YouTube"də yerləşdiriblər, yayıblar. Və ən pisi də budur ki, bəzi saytlar və sosial şəbəkə istifadəçiləri də bu videonu partapart paylaşdılar. Adını da qoydular ki, guya qınamaq məqsədilə paylaşıblar.

Bəli, ola bilər ki, onlar bunu hər hansı bir pis niyyətlə yox, əksinə, məhz xoş məramla, tərbiyyəvi məqsədlə paylaşıblar. Amma zəmanətimiz varmı ki, tərbiyə məqsədilə paylaşdıqlarımız əks-tərbiyə ilə nəticələnməyəcək? Kim qarantiya verir ki, şiddətlə qınadığımız, amma həm də paylaşdığımız bu və bu cür videolar yavaş-yavaş bir çox insanların abrını aradan aparmayacaq? Axı belə şeylər get-gedə insan üçün baxdıqca adiləşir və insanın ruhu ölür, mənəviyyatı zəifləyir, insan arsızlaşır...

 

Sizlər heç olmasa işin bu psixoloji tərəfini zərrə qədər də düşündünüzmü? Bilməliydiniz ki, cəmiyyətin dəyərlərinə zidd halları yayımlamaq ucuz sensasiya cəhdindən başqa bir şey deyil.

Lakin təəssüf ki, saytlar dünən bu video vasitəsilə çoxlu IP yığdılar, FB və İnstaqram istifadəçiləri isə çoxlu layk qazandılar.

Amma bu İP-lər və layklar da elə o video kimi rüsvayçıdır.

 

PS. Bu bədnam videonun məhz soyqırım günü tirajlanması isə birmənalı şəkildə ideoloji təxribatdır.

Qızları o duruma gətirən və onların çılpaq videosunu yayan o harın biznesmen də, elə o ləçər qızların özləri də bu topluma layiq deyil. Onları bu toplumdan saymaq olmaz! Bu cür kirli ünsürləri boykot etmək lazımdır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili