Biz, bu qızı pəncərədən atdıq!

16:22 11-04-2019 | icon 752 | Köşə
Biz, bu qızı pəncərədən atdıq!

Bataqlıqdan çıxara biləcəyimiz uşaqların sinəsindən itələməyin

 PƏRİŞAN MUSAZADƏ

 

Hər gün bir uşağın pis xəbərini eşidirik. Tam ayılmamış, arxasınca növbəti üzücü xəbər. Hər kəs qınayır hər kəs ağzına və ağlına gələni yazır. Biri deyir direktor, biri deyir ana, biri deyir ögey ata, biri deyir məktəb uşaqları...


... Nə çox insan var, məhkum edəcəyimiz, elə deyilmi? Bəs, biz dönüb də niyə bu qədər qəddar toplum olduğumuza baxdıqmı? Və ya "Zəmanə dəyişib, indiki uşaqlar çox pis tərbiyə alır ", deyəcəyimizə keçmişə baxdıqmı? Yox, baxmadıq.

 

...Geriyə gedirəm, illər öncə tanıdığım bir qız, hələ 4-cü sinifdən başlayan bir həyat... Məktəbin əlaçısı idi, tədbirlərin gözü. Hər önəmli işlərdə müəllimləri tərəfindən ilk seçilən, gözəl piano çalan, şahmatda hər zaman birinci olan, rəsmə gedən və hər yerdə seçilən qıvrım saçlı qız. Bir tək şey çatmırdı həyatında - atası yox idi. Və məktəbin qapısından girdiyində küçümsənən, əl çalınaraq "yetim gəldi, xoş gəldi, bəs niyə əliboş gəldi?" deyə sinif yoldaşları tərəfindən hər gün həyatı zəhərə dönən bir qız...

 

Amma oxudu, özünə, cəmiyyətdə bir yer tutdu, güclü olmağı seçdi. Yenə də içindəki insan sevgisini öldürmədi... Niyə, bilirsiniz? Çünki anladı ki, həyatda içi kinlə dolan insanlardan daha önəmli nələrsə var.

 

Biz sürüklədik bu uşaqları cəhənnəmə, biz bu qızı pəncərədən atdıq, biz bu uşaqlara təcavüz etdik. Hər kəs Qıvrım saçlı qız kimi güclü olmur, ƏZİZLƏRİM. Bir gün içində Elina olur, bir gün Arzu, bir gün Sevinc ... Zəiflər olur. Əlindən tutub bataqlıqdan çıxarda biləcəyimiz uşaqların sinəsindən itələməyin. Onların bizlərə ehtiyacı var. Ömrüm yetənə qədər GÜCLÜ QIZLAR YAŞADACAM . Ömrüm yetənə qədər hər yıxılan uşağın əlindən tutacam...

 

PS. İntihar edən qızın şəklini paylaşmadım. Çünki mən hər zaman gülər üzlü, sağlam uşaqlar görmək istəyirəm. Yetər artıq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ