“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi fəaliyyətə başlayıb

22:20 05-03-2018 | icon 1241 | Cəmiyyət
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi fəaliyyətə başlayıb

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib. Versus.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, ziyalılar, media nümayəndələri, ölkənin ictimai-siyasi həyatında aktiv olan qadınlar iştirak ediblər.

İctimai Birliyin sədri Arzu Bağırova bu il Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu bildirib:

“1918-ci ildə müsəlman şərqində ilk dəfə qadınlara seçki hüququ Azərbaycan Cümhuriyyətində verilib. Bu, fəxr olunası tarixi hadisədir. Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdikdən sonra qadınlarımız ictimai həyatda fəal iştirak edirlər. Onlar siyasi və biznes fəaliyyəti ilə məşğuldurlar”.

Tədbirin həm də 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunduğunu vurğulayan A. Bağırova İctimai Birliyin fəaliyyəti və məqsədləri barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, İctimai Birlik hüquq və iqtisadi maarifləndirmə işini aparacaq, hüquq və iqtisadi sahələrlə bağlı həyata keçirilən layihələrə dəstək verəcək. A. Bağırova göstərdiyi mənəvi dəstəyə görə Milli Məclisin deputatı Qənirə Paşayevaya təşəkkürünü çatdırıb.

Millət vəkili Qənirə Paşayeva isə öz növbəsində deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının valideynləri, həyat yoldaşları da tədbirdə iştirak edir:

“Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qadınları Azərbaycan dövlətinin yanındadır. Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Biz qadınlar cənab prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyik. Bu gün tədbirimizdə qardaş Türkiyədən böyük nümayəndə heyəti, ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “APAHolding”in prezidenti Vüsalə Mahirqızı və digər dəyərli qonaqlarımız iştirak edir. Onları aramızda görməkdən qürur duyuruq. Ümid edirəm ki, Arzu xanımın təşkilatı öz fəallığı ilə seçiləcək, vətəndaşlarımızın hüquqi və iqtisadi maariflənməsinə mühüm töhfələr verəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini S. Qəhrəmanova qeyd edib ki, Azərbaycan qadınlarına seçib-seçilmək hüququnun verilməsi məsələsi hələ 1917-ci ildə Rusiya Dumasında müzakirə olunub:

"Azərbaycan qadınının səsi bu gün daha uzaqlardan gəlir. Bu gün Azərbaycanın ən ucqar bölgələrində belə qadınlarımız öz fəallığı ilə seçilirlər".

Tədbir musiqi proqramı ilə davam etdirilib.

Tədbirin sonunda iştirakçılar birlikdə tort kəsiblər və Arzu Bağırova bir qadın olaraq cəmiyyətdə fəal ola bilməsi üçün hər zaman onun yanında olan həyat yoldaşına və bütün ailəsinə təşəkkürünü bildirib. Və cəmiyyətə çağırış edib. Bir qadının cəmiyyətdə daha fəal ola bilməsində ailəsinin onun yanında dəstək olmasının vacibliyini xüsusi vurğulayaraq ailələri bu məsələyə xüsusi diqqətə çağırıb və gələn 8 Mart Qadınlar bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyib.

ARZU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ