Uşaqları internetdən uzaq tutmayaq

22:03 20-04-2019 | icon 1274 | Köşə
Uşaqları internetdən uzaq tutmayaq

Dustaq nəzarətçisi kimi yox, dost kimi, sevgi ilə yanaşmalı

TAHİRƏ QAFARLI

 

İnformasiya texnologiyalarının getdikcə həyatımızın bir hissəsinə çevriliməsi gerçəkliyi ilə üz-üzəyik. Texnologiya inkişaf etdikcə onun mahiyyətini və istfadə qaydalarını düzgün mənimsəməyən, yəni hələ ki, internet resurslarının xeyirli tərəflərini düzgün qavramayan cəmiyətlərdə bu, daha çox zərərli vasitə kimi üzə çıxır. Məsələn, interneti özünə əyləncə, boş, mənasız asılılıq məkanı seçən yaşca böyük insanlar belə, bununla ailələrinin dağılmasına səbəb ola bilirlər. Elədirsə, təbii ki, internetdən düzgün yararlanmama yeniyetmə uşaqlara da əks təsir edə bilər.

 

Bu məsələlər, bütün hallarda ailə, məktəb, vətəndaş cəmiyyətlərinin bu sahədə birgə apardığı düzgün tərbiyə və maarifləndirməyə bağlıdır.

Uşaq intiharlarının birbaşa internetlə əlaqələndirilməsini düzgün hesab etmirəm. Yəni, ana, ata, məktəb, uşağı düzgün yönləndirib, ona lazımı dəstəyi verə bilmirsə, ona münasibətdə sayqısızdırsa, onun psixoloji, ruhi tələblərini anlayıb, ona qayğı, sevgi göstərə bilmirsə, bu zaman cansız dəmirdən gələn mənfilər ona əlavə bir zərbə ola bilər. Yəni əgər intihar baş verirsə, onun zəmini cəmiyyətdə, daha dəqiq ailə, ana, bacı, dost, məktəb, sinif, müəllim tərəfindən hazrlanmış olur.

 

İnternet əsl günahkarlar üçün bəhanədir. İntiharlar, bütün hallarda özünü diqqətsiz, sevgisiz, köməksiz hiss edən insanın şüurunda inkişaf edir. Onun kədəri, küskünlüyü paylaşılmadığı şəraitdə özünü məhv etməsinə aparır. Bu problemdən qaçınmaq üçün uşaqların internetdən uzaq tutulması ilə bağlı fikirlər də mənə ağlasığmaz, bəsit yanaşma kimi görünür. Çünki bu mümkün deyil, heç lazım da deyil. İnformasiya əsrində yaşayan insan getdikcə təftəlşüur olaraq istəməsə də, internet şəbəkə ilə sıx bağlanır. Müşahidə etmisinizsə, bu gün ağlayan körpəni belə telefon, internet sakitləşdirir. Gələcəyin insanı internet resurslarından çox sadə və doğal şəkildə istifadəyə başlayıb. Yəni uşaqların internetdən uzaq tutulması, qadağalar qoyulması cəfəngiyyatdır, yanlış fikirdir. Bu, sanki axına qarşı getməkdir. Ona görə də biz bu "internet axınında" olmağa məcbur olan insanı "xilas" etməyə yox, ona bu prosesdən necə düzün istifadə etməyi öyrətməliyik. Bütün məsələ öyrətmə, qavrama və maarifləndirmə üzərində dayanmalıdır. Yəni çörəyi uşağa verib, sonra da əlindən alıb onu ağlatmaq əvəzinə, boğazında qalmaması üçün onu münbit hala neçə gətirməsini öyrətmək lazımdır. Əksinə, uşaqlar internetlə məşğul olmalıdır. Amma nəzarət və daim mənfi tərəfləri qeyd olunmaqla. Müsbət nəticə almaq üçün uşağın xarakterinə uyğun yanaşma və vasitələrdən istifadə olunmalıdır. Uşaqların telefonda, kompyuterdə internet üzərindən apardığı hər əməliyyat xeyirli, müsbət, əylənərək düzgün bilgiyə yönəlməlidir. İnternetlə təmasları çox olmalıdır və həyatda baş verə biləcək hər situasiyadan xəbərdar olmalıdır. Sadəcə bir şərtlə, bu proses dərslər şəklində keçirilməlidir.

 

Uşaqlar internetdən istifadəyə ta bağça yaşlarından yiyələnməlidir. Təbii ki, öz yaş həddinə uyğun şərtlər daxilində. Məncə bu, gələcəyin vətəndaşının daha çox kəşflər etməsinə, dünyaya aydın baxışına, hərtərəfli inkişafına, yeni layihələrin müəllifləri kimi yetişməsinə təkan olacaq. Yetər ki, ailə, məktəb, təhsil, cəmiyyət institutları düzgün yanaşma edib, uşağa sağlam istiqamət versinlər. Əgər kimsə pis yola düşəcəksə, yenə də günah dediyim bu cəmiyyətin olacaq. Hansı ki, bu da qaçılmazdır.

 

Tərbiyə, əxlaq, davranış və dünyagörüşünə bağlı olaraq da indernetdən müxtəlif vasitələr üçün istifadə olunacaq. Amma bilgisi, fikir aydınlığı olan insan daha yararlısını seçəcək. Ona görə də öyrənmək üçün uşaqları sərbəst buraxmaq, ancaq nəzarət etmək lazımdır. Dustaq nəzarətçisi kimi yox, dost kimi, sevgi ilə yanaşmaqla. Bu zaman internet bizi yalnız inkişafa apara bilər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?