"Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur"

15:54 23-04-2019 | icon 477 | Dünya
"Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur"

Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur, çünki bundan sonra bütün dünya həmin ildə baş verən hadisələrinin “erməni soyqırımı” olmadığını, əksinə, Osmanlı imperiyasında müsəlman əhalinin erməni silahlıları tərəfindən soyqırımının həyata keçirildiyini biləcək.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə hökumətindəki mənbə bildirib ki, Ankara hələ 2005-ci ildə arxivlərin açılması və həmin hadisələrin araşdırılması üçün müstəqil komissiyanın yaradılması ilə bağlı Yerevana müraciət etmişdi:

“Əgər 1915-ci il hadisələri həqiqətən də “erməni soyıqırımı olsaydı”, Yerevan bu arxivləri açardı”.

 

Qeyd olunub ki, ermənilərin 1915-ci il hadisələri ilə bağlı bütün iddiaları əsassızdır:

“Türkiyə arxivlərində erməni silahlılarınını xarici qüvvələrin dəstəyi ilə Ağrı, Qars, Ərzurum, Van və digər vilayətlərdə dinc əhalini öldürmələri, eləcə də Osmanlı imperiyası dövründə türk dövlət məmurlarını qətlə yetirmələri barədə minlərlə fakt var”.

 

Bundan başqa, qeyd olunub ki, Türkiyədən fərqli olaraq Ermənistanda hələ də türklərə qarşı nifrət və düşmənçilik qalır:

“Ermənistanda bir türkün belə olmadığı bir vaxtda, Türkiyədə ermənilər dinc şəkildə və heç bir problem olmadan yaşayırlar. Çoxmillətlilik Türkiyənin ən əsas dəyərlərindəndir”.

 

Türkiyə hökumətindən təəssüflə bildiriblər ki, Ermənistan hələ də digər dövlətlərin əlində marionet olan lobbisinin girovu olaraq qalır:

“Erməni lobbisinin Türkiyəyə qarşı bütün hərəkətləri ilk növbədə öz ölkələrində yoxsulluq içində yaşayan ermənilərin maraqlarına zərər vurur. Ermənistan hökuməti “soyqırım” sənayesində qazanc əldə etməkdənsə, xalqın gələcəyi barədə düşünməlidir”.

 

Əlavə olunub ki, əgər erməni lobbisi qərb ölkələrinin parlamentlərinə təsir göstərərək hansısa yolla Ankaraya təzyiq göstərməyi düşünürsə, çox böyük səhv edir:

“Yerevan qondarma “erməni soyqırımı” barədə iddialar irəli sürməklə Ankara ilə münasibətləri normallaşdıra bilməyəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA