Milli Qəhrəmanın anım mərasimi

15:37 10-06-2017 | icon 643 | Gündəm
Milli Qəhrəmanın anım mərasimi

1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi yad edilib. Anım mərasimi “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin təşkilatçılığıyla ərsəyə gəlib.

Versus.az xəbər verir ki, anım tədbiri şəhid qəhrəmanın Nəsimi rayonu, Xətai prospektində qoyulmuş büstünün önündə keçirilib. 50 illik yubileyi münasibətilə təşkil olunmuş mərasimdə Milli Qəhrəmanın valideynləri və ailə üzvləri, döyüş yoldaşları, bir sıra ictimai xadimlər, yazar və jurnalistlər iştirak ediblər. Dövlət Himninin səslənməsi ilə açılan tədbirdə Fazil Mehdiyevin atası Umud Mehdiyev, anası Şövkət Mehdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova, İctimai Televiziyanın əməkdaşı Vəsilə Vahidqızı, qəhrəmanın döyüş yoldaşları şəhidin həyat və qəhrəmanlıq yolundan bəhs ediblər, xatirələrini bölüşüblər.

QEYD: Xalq qəhrəmanı Sultan bəyin nəslindən olan Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olub. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçüb. 1983-cü ildə məktəbi burada bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil, sağalan kimi cəbhəyə qayıdır. O, 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur. Fazil Subay idi. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var. Allah rəhmət eləsin!

versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI