Azərbaycana daxili orqanında heroin keçirmək istəyən qadın saxlanıldı

12:21 28-06-2019 | icon 462 | Hadisə
Azərbaycana daxili orqanında heroin keçirmək istəyən qadın saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn xanım vətəndaş saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən Versus.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da ona məxsus əl çantasının içərisində həblər olduğu müəyyən edilib.

 

Daha sonra xanım vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanından şəffaf rəngli sellofana bükülü 7 ədəd uzunsov formalı bağlamada 425 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 49 ədəd açıq qəhvəyi rəngli, birxətli üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ