Havanın kəskin dəyişməsi ilə bağlı AÇIQLAMA

12:32 30-06-2019 | icon 509 | Cəmiyyət
Havanın kəskin dəyişməsi ilə bağlı AÇIQLAMA

İyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

 

Yağış Ağdamda 23 mm (aylıq normanın 37 %-i), Şahdağda 22 mm, Daşkəsəndə 22 mm (aylıq normanın 19%-i), Xaltanda 19 mm, Gədəbəydə 19 mm (aylıq normanın 15%-i), Zərdabda 16 mm (aylıq normanın 68 %-i), Tərtərdə 14 mm (aylıq normanın 28 %-i), Kişçayda 14 mm (aylıq normanın 13%-i), Göygöldə 13 mm, (aylıq normanın 10%-i), Göyçayda 12 mm (aylıq normanın 26 %-i), Şəmkirdə 12 mm (aylıq normanın 23 %-i), Oğuzda 10 mm, Altıağac, Quba, Şabran, Gəncədə 9 mm, Naftalanda 8 mm, Qusar, Kürdəmir, Tovuzda 7 mm, Yevlax, İsmayıllıda 6 mm, Bərdədə 5 mm, Şəki, Mərəzə, Qəbələdə 4 mm, Balakən, Ağdərədə 3 mm, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2 mm, Şamaxı, Mingəçevirdə 1 mm olub.

 

Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə və Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb. Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI