Mitinqdə jurnalist mütləq xüsusi gödəkçə geyinməlidir

16:15 07-10-2017 | icon 538 | Gündəm
Mitinqdə jurnalist mütləq xüsusi gödəkçə geyinməlidir

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu Milli Şuranın oktyabrın 7-də Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda təşkil etdiyi icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyətini araşdırıb.

Şuradan Versus.Az-a bildirilib ki, asksiyada hər hansı insident qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin nümayəndələri öz işlərini sərbəst şəkildə icra ediblər. Jurnalistlərin fəaliyyətinə hər hansı məhdudiyyət faktına rast gəlinməyib, bununla əlaqədar media təmsilçiləri tərəfindən monitorinq qrupunun üzvlərinə müraciət olmayıb.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadə etmələrinə də diqqət yetirilib. Media təmsilçilərinin heç də hamısının bu zəruri tələbi yerinə yetirmədiyi nəzərdən qaçmayıb.

Mətbuat Şurası ekstremal vəziyyətlərdə, o cümlədən ekstremal vəziyyət riski olan proseslərdə fəaliyyət göstərən jurnalistləri üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdən istifadəyə ciddi önəm verməyə çağırır. Şura bildirir ki, bu, onların hüquqlarının qorunması baxımından vacibdir.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı, Daxili İşlər Nazirliyinin təmsilçiləri də daxildir.

İlahə Cəfərli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI