“Adım Zənbil, Məməş, Əmir olsa, utanardım”

16:34 01-08-2019 | icon 802 | Şou-biznes
“Adım Zənbil, Məməş, Əmir olsa, utanardım”

İl ərzində bir neçə dəfə adlarla bağlı problemlər yaşanır. Ya ailələrin qoyduğu adlar dilimizə uyğun gəlmir, ya da valideynlərin qoyduğu adlar uşaqların ürəyincə olmur.

 

Bəs məşhurlarımız adlarının nə olmasını istəyərdi?

Versus.Az axşam.az-a istinadən "Adınızın necə olmağını istəyərdiniz və hansı adı sizə qoysaydılar, bundan utanardınız" sualına verilən cavabları təqdim edib:

 

Müğənni Günay İbrahimli:

"Adımdan çox razıyam. Çünki şəhərdə azdır. Mənasından da razıyam. Utancverici adlar çoxdur, amma deyə bilmərəm. Kiminsə adı olar, görər, eşidər, pis olar".

 

Aktyor Kamran Ağabalayev:

"Adlar heç bir halda önəm daşımır. Onu önəmli edən biz özümüzük. İnsanın adı Mişoppa da ola bilər, həmçinin, əməli də. Eləsi də var ki, adı Mişoppa olar, amma əməli olmaz. Bütün dünyaya da bildirər ki, bəli, mən Mişoppayam. Ancaq bu adı qürurla səsləndirər".

 

Əməkdar artist Elza Seyidcahan:

"Adımdan da, soyadımdan da razıyam. Adımı Nazı adlı qohumumuz qoyub. İstəyiblər mənə Elzarə desinlər, amma icazə verməyiblər. Deyiblər ki, Elza yaxşıdır. Adıma layiq xanımam. Vaxtilə biz adımız üçün çalışırıq, bir müddət sonra isə adımız artıq bizim üçün işləyir. Heç vaxt adımdan utanmaram. Ada utancaqlıq gətirən insanın əməlləridir. Yaxşı insan olursansa, adının fərqi yoxdur. Xasiyyətin adını müəyyənləşdirir. Əsas əməllərimiz, nəslimiz-kökümüzdür".

Müğənni Sevda Yahyayeva:

 

 

"Adımdan çox razıyam. Adımın isə Ölü, Gilas, Şüşəxanım olmasını istəməzdim".

Müğənni Əhməd Mustafayev:

 

"Ad seçmək şansım olsaydı, Əhməd adını seçərdim. Çünki mənasını və gözəlliyini sevirəm. Məhəmməd Peyğəmbərin ilk adıdır, mənası "Sədaqətli olan" deməkdir. Bəzən utanılacaq adlar qarşımıza çıxır. Adım Zənbil, Sumka, Məməş, Əmir olsa idi utanardım".

Aktrisa Cəmilə Tağızadə:

 

"Traktor, Kombayn, Gülbadam, Qızqayıt, Qızbəsdi, Şokolad, Marmelad olmasını heç istəməzdim. Hələ Şəkərxan da bu siyahıdadır".

Müğənni Ayan Babakişiyeva:

 

"Adımdan məmnunam. Sevdiyim ad Selena idi, onu da qızıma verdim. Hansı addan utanardım, onu isə deməzdim. Çünki kiminsə adı olar, o, bundan utanar. Ailələr uşaqlarına elə adlar qoysunlar ki, övladları bundan utanmasınlar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI