Beynəlxalq məhkəməyə müraciət olunacaq

16:05 31-03-2018 | icon 537 | Siyasət
Beynəlxalq məhkəməyə müraciət olunacaq

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

 

Baş Prokurorluğun və QSC-nin mətbuat xidmətlərindən Versus.az-a daxil olan birgə məlumatda bildirilir ki, aparılmış araşdırmalarla Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş “Vallex Group”, “Base Metals”, “ACP”, “Lerna metalurgiayi İnstitute”, “Teghout” və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələri, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Zəngilan rayonu ərazisindəki Vejnəli, Tərtər rayonu ərazisindəki Dəmirli və digər əlvan metal yataqlarından külli miqdar təşkil edən qızıl və digər əlvan metalların hasilatının aparılmaqla qanunsuz gəlir əldə etmələri müəyyən edilib.

 

Araşdırmalar zamanı “Azərkosmos” ASC-nin “Azersky” peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib.

Həmin faktlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib.

 

Bununla yanaşı, ölkəmizin qızıl və digər əlvan metal ehtiyatlarının talanması faktları üzrə qısa zamanda beynəlxalq audit şirkətlərinin mütəxəssisləri cəlb edilməklə dəymiş ziyanın müəyyən edilərək “AzerGold” QSC ilə birlikdə iqtisadi mübahisələr üzrə müvafiq beynəlxalq məhkəməyə, həmçinin işğal olunmuş ərazilərdə qanunsuz hasilatla məşğul olan şirkətlərin qeydiyyatdan keçdiyi ölkələrin hüquq-mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI