Qiyamət gününün ssenarisi:

19:28 15-09-2019 | icon 365 | Maraqlı
Qiyamət gününün ssenarisi:

Səhv təhlükə siqnalına reaksiya və ya lokal münaqişənin eskalasiyası ABŞ və Rusiya arasında nüvə müharibəsinin başlamasına səbəb ola biləcək ən real senarilərdir.

 

Versus. Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.

 

Xatırladaq ki, dünən Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə müharibəsinin başlaması riskinin olduğunu bəyan edib.

 

"Strateji stabillik sahəsindəki vəziyyət pisləşməyə davam edir. Təəssüf ki, bu, faktdır, danılmaz faktdır. Risklər də artmaqdadır... hətta tərəflərin nüvə münaqişəsini başlamaq niyyətinin olmadığı vəziyyətdə belə, nüvə müharibəsinin başlaması riski var. Xüsusilə son il ərzində mənfi dinamika müşahidə olunur", - Ryabkov deyib.

 

Akademik Arbatov güman edir ki, əgər nüvə münaqişəsi başlasa bu qəsdən edilməyəcək, belə ki, heç bir tərəf qələbə qazanmaq niyyəti ilə nüvə müharibəsini başlamır: hər iki tərəf bilir ki, belə bir müharibədə qələbə qazanmaq mümkün deyil.

 

"Rusiyanın ABŞ-a və ya ABŞ-ın Rusiyaya qəsdən hücum etməsi ağlabatan senari deyil. Burada başqa səbəblər barədə narahat olmaq lazımdır", - Arbatov vurğulayıb.

 

Texniki nasazlıq

 

Mütəxəssisin sözlərinə görə, nüvə müharibəsinin başlamasına texnika ilə bağlı problemlər səbəb ola bilər.

"Birincisi, nüvə münaqişəsi raket hücumuna qarşı xəbərdarlıq sistemlərində texniki nasazlıqlar səbəbindən başlaya bilər. Onlar (xəbərdarlıq sistemləri - red.) müntəzəm olaraq səhv xəbərdarlıq verirlər və böhran vəziyyətində  tərəflərdən bir bu xəbərdarlıqlara çox sərt reaksiya versə, nüvə müharibəsi başlaya bilər", - Arbatov deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI